“Citroen” cinsi təqibə görə reklam çarxını sildi

“Citroen” Misirdə geniş yayılmış reklam çarxını cinsi təqib təbliğatı ittihamlarından sonra silməyə məcbur olub.
Fransız avtomobil istehsalçısının tanınmış müğənni Amir Diabın iştirakı ilə çəkdiyi reklam çarxı Misir ictimaiyyətinin mənfi reaksiyasına səbəb olub. Şirkət dekabrın 30-da videonu sosial şəbəkələrdəki rəsmi hesablarından və videohostinqindən silib.
Videoda 60 yaşlı pop ulduz avtomobilin arxa güzgüsindəki kameradan istifadə edərək maşının qarşısından yolu keçən qadının gizli şəklini çəkir. Daha sonra isə qadını öz maşınına oturmağa dəvət edir. Burada qadının onun fotosunun çəkilməsinə razılıq vermədiyini bildirən izləyicilər reklam çarxında cinsi təqibin təbliğ edildiyini vurğulayıblar.
“Biz reklam çarxının bu versiyası ilə hislərinə toxuna biləcəyimiz hər kəsdən səmimi qəlbdən üzr istəyirik”,- deyə “Citroen”in “Instagram” hesabından bildirilib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












