"Citroen" şirkəti yenilənmiş "C5 Aircross" modelini təqdim edib
Citroen şirkəti restaylinq keçmiş C5 Aircross krossoverini təqdim edib. Yenilənmiş model bəzi zahiri dəyişikliklərə, həmçinin yenidən işlənmiş interyerə sahib olub. Bundan başqa, modeli yeni multimedia sistemi və fərdiləşdirmə sisteminin əlavə tənimləmələri ilə təchiz ediblər. Fransızlar avtomobilin mühərrik çeşidindəki və qiymət cədvəlindəki dəyişikliklər barədə məlumat verməyiblər.
Yenilənmiş C5 Aircross modelini, tərtibatçıların sözlərinə görə, royalın dillərini xatırladan yeni bütöv ön fənərlər ilə təchiz ediblər. Ön tərəfdə kapot boyu uzanan nazik LED zolaqlar və yeni loqotip peyda olub. Eksteryerdə baş vermiş digər dəyişikliklər arasında yenilənmiş ön bamper də var. Yenilənmiş bamperin yan hava girişləri, təchizat səviyyəsindən asılı olaraq, müxtəlif rənglərə boyanan örtüklərə malikdirlər. Bundan başqa, yenilənmiş krossover arxa LED fənərlərin yeni naxışına, təkər disklərinin başqa dizaynına və maili dama sahib olub.
Mütəxəssislər interyer tərtibatında müxtəlif rənglərə malik olan eko və əsl dəridən, parça və alkantaradan seçməyi təklif edirlər. Krossoverin oturacaqlarını qızdırılma və massaj funksiyaları ilə təchiz etmək mümkündür. İnteryerin əsas xüsusiyyəti 10-düymlük taçskrini olan yeni multimedia sistemidir. Bundan başqa, yenilənmiş model 12,3-düymlük rəqəmsal cihazlar panelini, havalandırma sisteminin deflektorlarının digər yerləşməsini, bir neçə hərəkət rejimini və transmissiyanın düyməli selektorunu alıb.
Citroen şirkət yenilənmiş krossoverin mühərrik çeşidi barədə məlumat verməyib. Avropa bazarı üçün hibrid güc qurğusu ilə təchiz edilmiş versiyanın nəzərdə tutulduğu məlumdur.
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










