"Ford" "E-Transit" furqonunun debüt tarixi bəlli olub

Ford, söz verildiyi kimi, Avropadakı elektromobillər çeşidini genişləndirir: hələlik avropalılar üçün yalnız Mustang Mach E elektrik krossoveri əlşatandır, lakin 2023-cü ildə ona Puma modelinin batareyalı versiyası qoşulacaqdır. Habelə, iki krossoverin də debüt edəcəyi bildirilib. Kommersiya seqmentində isə, təqdimatı 9 mayda keçiriləcək E-Transit furqonu peyda olacaqdır. Debüt tarixi ilə yanaşı, amerikan markasının Avropa bölməsi E-Transit modelinin yeni tizerlərini paylaşıb.
Hələlik məlum olan yalnız elektrik furqonunun 2023-cü ildə Avropadakı diler salonlarında peyda olacağı və onun öndən toqquşmaların qarşısını alma, piyadaların tanınması, təcili əyləcləmə və zolağa nəzarət sistemləri ilə təklif ediləcəyidir. İlkin məlumatlara görə, belə Tranzit modeli adi modellə eyni platformada inşa edilib. Məlum məsələdir ki, bu platforma elektrik güc qurğusu üçün uyğunlaşdırılıb.
E-Transit modeli ilə yanaşı, Ford şirkətinin Avropadakı batareyalı kommersiya avtomobilləri sırasına Transit Courier, Transit Custom, Tourneo Courier və Tourneo Custom daxil olacaqlar. Transit Courier və Tourneo Courier modelləri 2024-cü ildə yerli bazara çıxması gözlənilir.
Ford 2035-ci ilə qədər Avropada yalnız ekoloji cəhətdən təmiz sərnişin və kommersiya avtomobilləri satmağı planlaşdırır. Həmin ilə qədər avtomobil istehsalçısı nəinki daxili yanma mühərriklərindən imtina etmək, həm də zavodlarında karbon neytrallığına nail olmaq niyyətindədir.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












