"Ford F-150 Lightining" pikapı NASCAR yarışlarının yeni peys-karıdır
Ford şirkəti növbəti dəfə NASCAR yarışları üçün peys-kar hazırlamaq hüququnu əldə edib. Üstəlik, bu vəzifə elektrokara həvalə ediləcəkdir. Keçən il bu vəzifənin icrası Mustang Mach-E modelinə tapşırılmışdırsa, bu il Ford F-150 Lightning elektrik pikapı NASCAR yarışlarının təhlükəsizlik avtomobili olacaqdır.
Ford nümayəndələrinin sözlərinə görə, onlar elektrik pikapının trekdəki imkanlarını nümayiş etdirmək üçün səbirsizliklə gözləyirlər. Ford F-150 Lightining pikapı üçün təkmilləşdirmələr nəzərdə tutulmayıb.
Yeni status Blu-Emu Maximum Pain Relief 400 loqotipinin və damdakı “çilçırağın” quraşdırılmasını nəzərdə tutur. Texniki cəhətdən dəyişiklik yoxdur: pikap 570 at qüvvəsi və 1051 Nm fırlanma anı hasil edən ikimühərrikli güc qurğusu ilə hərəkətə gələcəkdir. Pikapın yürüş ehtiyatı 370-483 kilometrdir.
Ən yüksək səviyyəli akkumulyatorla F-150 Lightning 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir. “Şimşəyin” avadanlıq siyahısına sükan çarxına əllə toxunulmasına ehtiyac olmayan BlueCruise avtopilotu, 9,6 kilovata qədər gücü olan Pro Power Onboard xarici avadanlığın qidlandırılması sistemi, smartfon vasitəsi ilə rəqəmsal açar dəstəyi və bort elektronikasının “hava” üzərindən yenilənməsi daxildir.
Gərək olarsa, pikapıdan evi qidlandırmaq üçün cərəyan mənbəyi kimi də istifadə etmək olar. Onun generator rejimində nə qədər işləyəcəyi enerji istehlakından asılıdır, lakin enerjidən məntiqli istifadə zamanı bu müddət 10 gün ola bilər.
Əslində, Ford NASCAR yarışları üçün elektrikli avtomobilini təhlükəsizlik avtomobili kimi istifadə edən ilk istehsalçıdır. İlk dəfə batareyalı Focus modelinin bazasında hazırlanmış peys-kardan 2012-ci ilin aprelində Richmond International Raceway trekində istifadə olunub.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












