"Ford" zavodundan dörd yeni "Mustang Shelby GT500" modeli qaçırılıb

Keçən bazar günü Ford şirkətinin Detroytdakı zavodunda misli görünməmiş soyğun hadisəsi baş verib: naməlum şəxslər müəssisəyə daxil olaraq dörd hazır Mustang Shelby GT500 avtomobilini qaçırıblar. Cinayətkarlar sportkarlardan birindən taran kimi istifadə ediblər – onlar qapını qıraraq aradan çıxıblar.
Metro Detriot News nəşrinin bildirdiyinə görə, naməlum səbəbdən cinayətin işləndiyi zaman müşahidə kameralarının çəkdiyi görüntülər yoxa çıxıb. Polisin əlində şübhəli şəxslərlə bağlı heç bir məlumat yoxdur. Lakin qaçırılmış dörd sportkardan ikisini tapmaq mümkün olub – onları I-75 yolunda tərk edilmiş vəziyyətdə aşkar ediblər.
Məlum məsələdir ki, tərk edilmiş sportkarlarda heç kim aşkar edilməyib. Onlardan biri taran kimi istifadə edilmiş sportkar olub: avtomobilin ön hissəsinin ciddi xəsarət aldığı məlumdur. Polis sportkarların atılaraq tərk edilməsini zavodda onlara az yanacaq vurulması, bəzi hallarda isə, avtomobillərin mühərrikinin gücünün məhdudlaşdırılması ilə izah edir. Sonuncu halda məhdudiyyət avtomobilin avtosalona gətirildiyi zamanı aradan götürlür.
Qalan iki avtomobil axtarışa verilib və onların hər ikisinin qara Belladonna Black rənginə boyandığı məlumdur.
Mustang Shelby GT500 modeli 2019-cu ildə Detroyt avtosalonunda debüt edıb və o zaman yeni modeli “tarixdə olan ən güclü seriya Ford avtomobili” kimi səciyyələndirmişdilər. Maslkar 770 at qüvvəsi və 847 Nm fırlanma anı hasil edən 5,2-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilir. Mustang Shelby GT500 modeli ilk dəfə olaraq, iki muftalı robotlaşdırılmış ötürmələr qutusunu və 420-millimetrlik ön əyləc disklərini əldə edib.
Zahiri cəhətdən Mustang modelinin ekstremal adi maslkardan iri plçülü hava girişləri, aerodinamik dəsti, əyləc supportları və buraxılış sistemi ilə fərqlənir. ABŞ-da Mustang Shelby GT500 modelinin qiyməti 73.995 dollardan başqayır. Lakin təklif edilən opsiyaların quraşdırılması halında qiymət altırəqəmli ola bilər.
Çində 4 milyon elektromobil geri çağırılır – Səbəbi isə bu imiş
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI










