"Geely" Boyue/Atlas modeli bir daha yenilənib
Bizim bazarda Geely Atlas kimi tanınan, lakin vətənində Boyue adı ilə satılan krssover artıq üç dəfə restaylinqdən keçib. İlk yenilənmə 2018-ci ildə keçirilib, 2019-cu ildə isə ciddi şəkildə yenilənmiş Geely Boyue Pro (bizim bazarda Atlas Pro) modeli peyda olub. 2021-ci ildə yeni X-üzlü Geely Boyue X krossoveri işıq üzü görüb.
Bununla belə, Çin avtomobil sənayesinin ənənələrinə uyğun olaraq, Geely bu günə qədər 2018-ci ilin Boyue modelini istehsal edir. Belə krssoverlər Boyue X modelindən daha sadə və ucuzdur: 17 700 qarşı 14 400 dollar. İndi isə, baza krossoverinin ayrı yenilənməsi barədə məlumat peyda olub.
Yenillənmiş Geely Boyue modeli Boyue Pro modelində olduğu dayağı alıb: kapot, qanadlar və LED işıq texnikası dəyişilmədən köçürülüb. Lakin, orijinal bamper peyda olub, konsentrik naxışları olan radiator barmaqlığının əvəzinə müasir Geely modellərindəki kimi, şaquli çubuqları olan barmaqlıq quraşdırılıb.
Əvvəli formalı ön panel olan salona toxunulmayıb, baxmayaraq ki, iki il əvvəl belə bir Geely Boyue modeli 10,25-düymlük genişformatlı ekranı olan yeni mediasistemini əldə edib. Üstəlik, optimallaşdırılmış profili olan ön oturacaqlar da peyda olublar.
Yenilənmiş Geely Boyue əvvəlki aqreqatları saxlayıb. Çində bu krossover çoxdan yalnız mexaniki transmissiya ilə tandemdə çalışan 163 at qüvvəsi hasil edən 1,8-litrlik turbomühərriklə təklif olunur. Yeddi pilləli presektiv “robot” üçün mühərrikin hasilatı 184 at qüvvəsinə artırılıb. Ötürmə yalnız ön oxadır.
Yenilənmiş Geely Boyue krossoverləri Çin bazarında aprel ayının sonunda satışa çıxarılacaqlar. İyerarxiyada yarım pillə yuxarıda eyni güc aqreqatlarına malik olan, lakin yalnız “robot” ilə təklif olunan Boyue X modeli qalacaqdır.
Ümumiyyətlə, ikinci nəsil Geely Boyue modelinin debütü yaxındır: kamuflyajlı avtomobillər artıq Səma İmperiyasının yollarında görünüblər. Krossoverin debütü bu ilin sonuna qədər gözlənilir.
autograph.az
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












