"Haval" "Big Dog" ofrouderinin ixracat versiyasını nümayiş etdirib
Haval markası Big Dog (“Böyük köpək”) modelinin ixracat versiyasının eksteryer dizaynı üzərindəki sirr pərdəsini götürüb. Keçən ildən Çində DaGou adı ilə satılan ofrouder yaxın gələcəkdə digər bazarlarda da satılacaqdır. Çox güman ki, bu bazarların arasında Azərbaycan da var.
Qeyd etmək gərəkdir ki, Çindən kənarda satılan Haval Big Dog modeli bir qədər fərqli eksteryer dizaynına malik olacaqdır. Lakin bazardan asılı olaraq ofrouder fərqli adla satıla bilər: məsələn, Rusiyada model Haval Dargo adlanacaqdır.
İxracata gedən ofrouderin Çində satılan versiyadan fərqləri yeni tərtibata malik olan “çevrilmiş” radiator barmaqlığı və başqa ön bamperdir. Arxa hissədə də dəyişikliklərin oduğu ehtiamal edilir - ən azından burada başqa tərtibata malik olan arxa bamper mövcuddur. İnteryerə gəldikdə isə, çox güman ki, ixracat versiyasının yerli versiyadan fərqlənməyəcəkdir.
Artıq bildiyimiz kimi, ikin mərhələdə Haval Big Dog/Dargo modeli 169 at qüvvəli 1,5-litrlik benzin turbomühərriki ilə təklif ediləcəkdir. Turbomühərrik iki muftalı yeddi pilləli "robot" ilə birlikdə çalışacaqdır. Ötürmə ön oxadır, lakin tam ötürmə sisteminin də təklif ediləcəyi də bildirilib. Sonradan, krossoverin mühərrik çeşidinə 245 at qüvvəli 2,0-litrlik turbomühərrikin daxil ediləcəyi gözlənilir.
Çində yeni rüsum: Elektromobillər bahalaşacaqmı
Bu avtomobilləri idarə edənlərə ŞAD XƏBƏR
Hibrid və elektromobil sürənlərə PİS XƏBƏR
“Tesla” çöküşdən belə xilas oldu - FOTO
"Kia" K9 premium sedan modelinin istehsalını dayandırır - Səbəbi isə...
"Gelandewagen" ucuzlaşdı; səbəb Çindir - FOTOLAR
Ən dözümlü avtomobil adları AÇIQLANDI
Rüsum artır, Çin maşınları isə azalmır – SƏBƏB
Almaniyada elektromobillər ucuzlaşdı
"BMW"nin dizayneri Rusiya vətəndaşı oldu
1,7 litr mühərrikli sonuncu “Niva” konveyeri tərk etdi - FOTO










