"Honda" 790 minə yaxın avtomobili geri çağırır

Yaponiyanın "Honda" avtokonserni kapotlardakı problemlərə görə dünya üzrə 788 min yolsuzluq avtomobili və pikapı geri çağırmaq qərarına gəlib.
Bu barədə ABŞ Yolların Təhlükəsizliyi üzrə Milli İdarəsi xəbər verib.
"Associated Press" qəzeti qeyd edib ki, geri çağırılan avtomobillərin ümumi sayından təxminən 725 mini ABŞ-ın payına düşüb. Lakin bu qərarın şamil olunan digər ölkələrin adı çəkilməyib.
Sənəddə qeyd edilib ki, "Passport" və "Pilot" yolsuzluq avtomobilləri və "Ridgeline" pikapları geri çağırılır. Avtomobilin istehsal ili modeldən asılı olaraq 2016-2019-cu illər arasında dəyişir.
Avtomobil istehsalçısının verdiyi məlumata əsasən, nasazlıq kapotun kilidinin fiksatorunun mümkün zədələnməsi ilə bağlıdır. Bildirilib ki, bu qüsur kilidin kapotdan ayrılmasına səbəb ola bilər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












