“Honda” şirkəti yeni motosikl istehsal edib - FOTO

Məşhur Yapon firması olan “Honda” yeni nəsil “Honda CB650R” motosikllərinin istehsalını bitirib.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bu motosiklet artıq təqdim olunmuş “Honda CB1000R”, “Honda CB650R” və “Honda CB125R” modellərinin daxil olduğu “Honda Neo Sports Cafe” üslub xəttinə aiddir.

144 kq çəkidə olan “Honda CB300R” modeli 286 kub/sm 1 silindrli mühərriklə təchiz edilmişdir. Avro-5 ekoloji standartının tələblərinə cavab verən mühərrikin gücü 31 at gücünə bərabərdir. Yeniliyin ötürücü qutusu 6 pilləli “mexanika”dır. Bu sərt əyləc zamanı arxa təkərin sürüşməsi riskini azaldır.

Bundan əlavə, yeniliyin tam LED optika, polixrom maye kristal "cihaz" və IMU tərəfindən idarə olunan ABS avadanlığı var. “Honda CB300R”-nin satışına bu ilin may-iyun aylarında başlanılması planlaşdırılır. Motosikletin qiyməti hələ açıqlanmayıb.

Nərminə Əli
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












