“Honda” və “Nissan” 2026-cı ildə ortaq şirkət qura bilər

Avqust ayından etibarən görüşmələrə davam edən “Honda” və “Nissan”dan ilk addım gəldi. Artıq “Honda” və “Nissan”, ortaq bir şirkət qurmaq yolunda ən böyük addımlardan birini atdı. Altı ay davam edəcək görüşmələr müsbət keçərsə, iki böyük Yapon istehsalçı 2026-cı ildən etibarən yollarına tək bir adla davam edəcək.
Saziş, “Nissan”ın hal-hazırda ortağı olan “Mitsubishi”ni də əhatə edəcək. “Honda”, qurulacaq yeni şirkətin istiqamətini müəyyən edəcək şirkət olacaq. Bununla birlikdə yenə “Honda”nın idarə heyətindəki oturacaqların böyük bir hissəsini dolduracağı və ən yuxarıdakı şəxsin də “Honda” daxilindən seçiləcəyi deyilir.
Əgər 2026-cı ildə bu ortaqlıqla bağlı sənəd imzalanarsa, dünyanın üçüncü böyük istehsalçısı meydana çıxacaq. Yeni Yapon ortaqlığı, 50 milyard dollarlıq həcmi ilə “Volkswagen” və “Toyota”dan sonra yer alacaq.
Şirkətlərin yaydığı bildirişdə məqsədin qlobal rəqabət mühitinə daxil olmaq olduğu vurğulanıb. Eyni şəkildə meydana çıxacaq istehsalçı, çox daha diqqətçəkici məhsullar istehsal edəcək və istifadəçilərə təqdim ediləcək xidmətin keyfiyyəti də artırılacaq.
Proqnozlara görə, “Honda” və “Nissan”nın ortaqlığının 2025-ci ilin iyun ayına qədər tamamlanması gözlənilir. Artıq “Honda” CEO'su Toshihiro Mibe də, birleşmənin hələ rəsmi status qazanmadığını vurğulayaraq "qararın həyata keçməməsi ehtimalı sıfır deyil" açıqlamasını vermişdir.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












