"Huawei" ilk elektrikli avtomobilini təqdim etdi - "TESLA"DAN UCUZDUR - FOTO

Elektrikli avtomobil rəqabətinə daxil olan texnologiya şirkətlərindən biri olan Huawei ilk modelini təqdim edib.
Avtosfer.az xəbər verir ki, HarmonyOS əməliyyat sistemilə işləyəcək Aito M5 modelinin tədarüklərinə 2022-ci ilin fevralında başlanması planlaşdırılır. Avtomobilin qiymətləri 39 min dollardan başlayır.
Huawei yeni modeli ilə Çin şirkətləri arasında avtomobil rəqabətinə girdi.
"Huawei Consumer Business Group"un baş direktoru Riçard Yu şirkətin qış məhsullarının təqdimat mərasimində verdiyi açıqlamada, Aito M5 elektromobilinin Huawei-nin Harmony OS əməliyyat sistemindən istifadə edən ilk avtomobil olacağını və avtomobilin həm elektrik enerjisi, həm də mineral yanacaqla işləyəcəyini bildirib.
Nəqliyyat vasitələrinin 20 Fevral tarixindən etibarən təhvil verilməsini gözlədiklərini qeyd edən Yu, Aito M5-in qiymətlərinin 250 min yuandan (39 min 63 dollar) başladığını bildirib. Bu rəqəm 280 752 Yuan-dan başlayan Tesla-nın Y modelindən aşağıdır.
Yu, Aito M5-in Model Y-dən daha uzun olduğunu və daha çox güc təklif etdiyini iddia edib. Bununla belə, Tesla avtomobillərindən fərqli olaraq, Aito M5 təkcə elektrik enerjisi ilə işləmir. Avtomobildə həmçinin akkumulyatorun tükənməsi halında hərəkətin davam etdirilməsi üçün benzin çəni də var.
Elektromobilin bir çox fərqli xüsusiyyətindən bir də səs keçirməyən şüşələridir. Yu şüşələrdən bəhs edərkən, "Özəlliyin yüksək keyfiyyətdə olub olmadığını səsdən anlayacaqsınız. Səs kitabxana səssizliyi səviyyəsində olacaq", - deyib. (Marja)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO

















