"Hyundai Tucson" krossoveri də XRT versiyasına sahib olub

Hyundai Santa Fe modelinin ardınca Tucson krossoveri də XRT “yolsuzluq” versiyasına sahib olub. Belə versiyadan olan krossoverlər tündləşdirilmiş optikası, qara rəngli moldinqləri və yan güzgüləri, eksklüziv dizaynı olan təkər diskləri, kandarları, reylinqlər üçün köndələn dayaqları və farkopu ilə seçilirlər. XRT tərtibatı SEL təchizat səviyyəsinə əsaslanır və yalnız hibrid olmayan krossoverlər üçün nəzərdə tutulur. Ötürmə - önə və ya tam ola bilər. Belə krossoverlərin qiyməti 32.625 ilə 34.125 dollıar arasında dəyişir.
Cari Hyundai Tucson modeli ABŞ-da dörd təchizat səviyyəsində təklif olunur: SE – 25.350 dollara, SEL – 26.650 dollara, N Line 30.750 dollara və Limited – 34.850 dollara. XRT versiyası SEL təchizat səviyyəsinə əsaslanır və Convenience paketi ilə tamamlanır. Paketin tərkibinə 10,25-düymlük rəqəmsal cihazlar paneli, simsiz şarj meydançası, baqaj qapısının elektrik ötürməsi, ikizonalı klimat-kontrol və panoram dam daxildir. Eksteryerdəki fərqlər “yolsuzluq” dekorundan və eksklüziv dizaynı olan 19-düymlük disklərdən ibarətdir.
Tucson XRT modeli kuzovun rənglənməmiş plastikdən hazırlanış müdafiə qurşağına malikdir. Bundan başqa, ön və arxa bamperlərin örtmələri dəyişdirilmiş, işıq texnikası tündləşdirilmişdir. Krossoverin təchizatına yan ayaqaltılar, reylinqlər üçün köndələn dayaqlar və farkop daxil edilib.Salon tamamilə qara rəngdədir, parça ilə örtülmüş oturacaqlara və qara tavana malikdir. Kapotun altında 190 at qüvvəsi və 241 Nm fırlanma anı hasil edən 2,5-litrlik GDI benzin mühərriki yerləşir. Güc aqreqatı 8-pilləli Shiftronic “avtomatı” ilə tandemdə çalışır.
Tucson XRT modelinin ön ötürməli versiyası üçün 32.625 dollar, HTRAC tam ötürməsi ilə təchiz edilmiş krossover üçün isə 34.125 dollar tələb olunur.
Ərəblər hibrid mühərrik istehsalına başladılar - FOTO
Rusların ilk elektromobilinin qiyməti narazılıq doğurdu
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI








