"Jaguar" 2025-ci ilə qədər yeni model təqdim etməyəcək

Jaguar markasının fevral ayının ortasında açıqlanmış biznes strategiyasına əsasən, 2025-ci ilə qədər sakitlik hökm sürəcəkdir. Bu müddət ərzində şirkət bir ədəd olsun belə yeni məhsulu təqdim etməyəcəkdir. Bu barədə fransız Le Monde qəzeti xəbər verib. Nəşrin əldə etdiyi məlumata görə, qənaət etmək üçün, Jaguar şirkəti mühərrik çeşidini və cari modellərin təchizat səviyyələrini tədricən ixtisara salacaq və istehsal həcmini 2025-ci ilə qədər 25% azaldacaqdır.
Reimagine konsepsiyasına əsasən, bu onilliyin ortalarına qədər Jaguar Aston Martin və Bentley ilə rəqabət aparan elektromobillər istehsalçısına çevrilməlidir. Bütün modellər yeni platformada inşa olunacaqdır ki, bu arxitekturanın yaradılmasına da 2,5 milyard funt sterlinq sərmayə qoyulacaqdır.
Əvvəllər Jaguar yeni Range Rover modelinin inşa olunduğu MLA arxitekturasını istifadə etməyi planlaşdırsa da, bu ideyadan imtina edib. Nəticədə şirkət 1,4 milyard dollar sərmayəni silməli və bir sıra layihələrdən imtina etməli olub. Bu layihələrin arasında XJ modelinin növbəti nəsli və iri J-Pace krossoveri də olub. Yeni Jaguar şirkətinin model xəttində yalnız bir krossoverin – hazırki I-Pace modelinin varisinin olacağı gözlənilir. Beləliklə, F-Pace və E-Pace modellərinin varisi olmayacaqdır.
autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












