"Genesis X Speedium Coupe" – iri kupenin ikinci iterasiyası
Hyundai və Kia Nyu-York avtosalonunda iştirak edirlər, lakin Genesis premium brendi üçün başqa yol seçilib. Marka sərginin pavilyonlarında təmsil olunmayıb, buna baxmayaraq, Genesis Nyu-Yorkda öz təqdimatını keçirib. Genesis X Speedium Coupe adlı konsept avtomobili şirkətin firma butikində nümayiş etdirilib.
Bir il bundan əvvəl Genesis X Concept adlı konsept avtomobilini işıq üzü görmüşdü: o, mövcud dizayn nümunələri əsasında yaradılmış və elektriklə hərəkətə gələn böyük kupe idi. Yeni Genesis X Speedium Coupe konsept avtomobili isə, premium markanın dizaynının inkişaf istiqamətini nümayiş etdirir.
Diqqət edilməli əsas cəhət - ön tərəfin dizaynıdır. Yeni konseptin yoxa çıxmış radiator barmaqlığının formasını, ön fənərlərin davamına çevrilmiş işıq zolaqları əks etdirirlər. Bu üsulla dizaynerlər barmaqlıq şəklində olan rudimentdən imtina edib (elektromobillərdə buna ehtiyac yoxdur) və firma dizayn üslubu qoruyublar.
Bundan əlavə, Genesis X Speedium kupesi ötənilki konseptdən fərqli silueti fərqlənir: dam daha uzun olub, ayrıca baqaj quyruğu yoxa çıxıb, arxa şüşə isə spoylerə qədər “sürüşdürülüb”. Soruşa bilərsiniz ki, əcəba Genesis dördyerli kupe hazırlayırmı? Təəssüflər olsun ki, şirkət yeni konsept avtomobilin çeşidin genişlənməsinə dəlalət etmədiyini açıqlayıb. Buna görə də nə texniki göstəricilər, nə də interyer şəkilləri dərc edilməyib.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










