Kamaz 2021-ci ilin sonuna qədər təxminən 250 milyard rubl gəlir gözləyir

Kamaz şirkətinin baş direktoru Sergey Koqoqin bildirib ki, Kamaz 2021-ci ilin sonuna qədər gəlirinin 250 milyard rubla qədər artacağını gözləyir.
“Kamazın ambisiyaları kifayət qədər ciddidir, əgər bu il təqribən 250 milyard rubl dövriyyə gözləyiriksə, gələn il də dövriyyəmizi kifayət qədər artırmaq istəyirik”, - Koqogin bildirib.
2020-ci ilin sonunda Kamaz qrupunun konsolidasiya edilmiş gəliri 216,96 milyard rubl təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 12% çoxdur. 2020-ci il üçün xalis mənfəət 3,104 milyard rubl təşkil edib.
Kamaz Rusiyanın ən böyük yük avtomobilləri istehsalçısıdır, dünyanın iyirmi aparıcı istehsalçısından biridir. Şirkət yük maşınları, qoşqular, avtobuslar, mühərriklər və güc blokları istehsal edir.
Kamaz-ın ən böyük səhmdarları Rostec (49,9%) dövlət korporasiyası, Avtoinvest (23,54%) və Almaniyanın Daimler avtokonserninin törəməsi Daimler Truck-dır (15%).
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












