"Lincoln" yeni yol göstərən ulduzunu təqdim edib
Əslində Lincoln elektromobilləri daha əvvəl debüt etməli idi. Bunu həyata keçirmək üçün Ford konserni 2019-cu ilin payızında Rivian startapı ilə müqavilə də bağlamış və hətta bu işə 500 milyon dollar məbləğində sərmayə də qoymuşdu.
Bununla belə, tərəflərin əməkdaşlığı çox uzun sürmədi: artıq 2020-ci ilin aprelində tərəflər “cari vəziyyəti” (pandemiya nəzərdə tutulur) əsas gətirərək əməkdaşlığa son verdilər. Bundan sonra, Ford öz imkanları ilə Lincoln elektrokarları üzərindəki çalışmaları davam etdirdi. Bu gün qarşımıza çıxan elektrokar bu işin ilk nəticəsidir. Hələlik Lincoln elektromobili konsept statusundadır.
Amerikalılar Lincoln Star Concept prototipini istiqaməti göstərən ulduz adlandırırlar: bu krossover Lincoln elektromobillərinin dizayn üslubunun inkişaf istiqamətini göstərmək üçün nəzərdə tutulub.
Onlar oxşar işıqlandırma avadanlığına və yan tərəflərin eyni plastikasına malik olacaqlar. Lakin ön və arxa dam dirəklərinin konstruksiyası seriya avtomobillərinə köçürülməsi ehtimalı azdır: onlar şəffaf hüceyrələr şəklində olan “pulcuqlar” hazırlanır.
Lincoln Star Concept arxa və ya tam ötürməli avtomobillər üçün nəzərdə tutulmuş elektrik platformasında inşa edilib, lakin başqa texniki detallar hələlik açıqlanmayıb. Digər avtomobillərlə məlumat mübadiləsi sistemi və tamölçülü avtopilot da nəzərdə tutulub.
Buna görə də, sükan çarxı ön panelə sıxılır, ön oturacaqlar isə 180 dərəcəyə dönə bilirlər. Eni boyu uzanan displeyə malik olan ön panel artıq Çində satılan Lincoln Zephyr seriya sedanında quraşdırılır.
İkinci cərgədə qatlanan masaları və ortalarında soyuducu boks olan şezlonq-kreslolar var. Avtomobilin mediasistemi isə salonda əhval-ruhiyyə yaratmaq üçün mürəkkəb funksiyaya malikdir: səs, işıq və hətta hava aromatizatorundan da istifadə edilir.
Standart olaraq, üç rejim var - Coastal Morning, Mindful Vitality və Evening Chill (müvafiq olaraq səhər, günorta və axşam üçün), lakin rejimlərin tədricən genişlənməsi də gözlənilir.
Konseptin qatlanan arxa qapısı piknik skamyasına çevrilə bilər. Üstəlik, Lincoln Star Concept prototipinin ikisəviyyəli döşəməsi olan tamölçülü ön baqajı var. Aşağıdakı hissə ön panellə birlikdə irəli çıxır, kapot isə elektroxrom şüşədən hazırlanıb. Kapot nədənsə hərəkət zamanı şəffaflaşır, dayandıqda isə tündləşir.
Lincoln 2025-ci ilə qədər bazara üç elektromobil çıxaracağını bildirib və plana görə, onlar brendin satışlarının yarısını təşkil edəcəklər. Dördüncü model 2026-cı ildə işıq üzü görəcəkdir. Çox güman ki, elektrik çeşidinin ilk modeli Lincoln Star konseptinin motivləri üzrə hazırlanmış krossover olacaqdır, lakin onun dəqiq debüt tarixi hələlik açıqlanmayıb.
autograph.az
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI










