Maks Verstappenin avtomobili hərraca çıxarılıb

Formula 1 çempionatının 2021-ci il mövsümündə yeddiqat dünya çempionu Lyuis Həmiltonu məğlub edərək çempionluq titulunu qazanan Maks Verstappen özünün gündəlik istifadə etdiyi Honda Civic Type R avtomobilini satışa çıxarıb.Holland pilotun Honda mühərriki ilə təchiz edilmiş Red Bull bolidini idarə etdiyini nəzərə alsaq, onun gündəlik istifadə üçün sadə, lakin “bərkgedən” Civic Type R modelini seçməsində qəribə bir şey yoxdur. Hərçənd ki, Maks Honda NSX superkarını da seçə bilərdi.
Verstappenin avtomobilinin satılacağı hərrac sabah, 17 dekabr tarixində keçiriləcəkdir. “Bərkgedən” hetçbek CarNext.com onlayn hərracında satışa çıxarılacaqdır. Holland pilotun avtomobili barədə məlumat azdır: onun yalnız cəmi 58 min kilometr məsafə qət etdiyi bildirilir. Qalan təfərrüatlar sabahkı hərrac zamanı açıqlanacaqdırlar. Çempionun Honda Civic Type R hetçbekinin başlanğıc qiyməti 33.333 avro təyin edilib.
Xatırladaq ki, F1-dəki karyerası boyu Maks Verstappen "33" nömrəsi ilə çıxış edib. Gələn mövsümdən Verstappen bu nömrəni “1” rəqəmi ilə əvəz etmək niyyətində olduğunu bildirib. Avtomobilin satışından əldə ediləcək vəsaiti isə, o, Wings for Life xeyriyyə fonduna yönəldəcəkdir. Bu fondun mütəxəssisləri perspektivli elmi layihələr və kliniki tədqiqatlar ilə məşğul olurlar.
Çində 4 milyon elektromobil geri çağırılır – Səbəbi isə bu imiş
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI










