"Maserati MC20 Spider" - ilk rəsmi şəkillər

Maserati MC20 superkarının açıq kuzovlu versiyanın buraxılacağını, italyan istehsalçısı hələ keçən ilin sentyabr ayında keçirilmiş kupe kuzovlu versiyanın təqdimatı zamanı bildirmişdi. Bununla belə, italyan istehsalçısı rodsterin ilk rəsmi şəkillərini yalnız bu gün dərc edib. Yeni rodster Modenadakı tarixi zavodun qapısını üzərində buludlar təsvir edilmiş orijinal kamuflyaj örtüyü ilə tərk edib. Bu naxış açıq səma altında idarəetmə həzzinə işarə edir.
Təəssüflər olsun ki, dərc edilmiş şəkillərdə yığışdırılmış damı olan avtomobili görmək mümkün deyil. Böyük ehtimalla, Maserati MC20 rodsteri sərt qatlanan dama malik olacaqdır. Üstəlik, modelin iki versiyasını müqayisə etməyə imkan verəcək profildən və arxa tərəfdən çəkilmiş şəkillər də yoxdur. Əlavə olaraq, Maserti şirkətindən şəkillərdəki avtomobilin ilkin prototiplərdən biri olduğu bildirilib, odur ki, hər hansı mülahizə yürütmək çox tezdir.
Çox güman ki, rodster də kupe kimi təkər bazasının daxilində yerləşən, 630 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 Nettuno mühərrikini alacaqdır. Mühərrikin gücü arxa oxa iki muftalı 8-pilləli “robot” vasitəsi ilə ötürüləcəkdir. Ehtimallara görə, açıq kuzovlu sportkar MC20 Spider adlandırılacaqdır.
Maserati şirkətinin istehsal planına əsasən, rodster 2022-ci ildə debüt etməlidir. Həmin ildə ailəyə Folgore subbrendi altında buraxılacaq elektromobil də qoşulacaqdır.Elektrokar Dallara ilə birlikdə hazırlanmış karbon şassidə inşa ediləcək və öndəki baqajdan imtina etməyə səbəb olan üçmühərrikli elektrik güc qurğusu ilə hərəkətə gələcəkdir. Bundan başqa, elektrik superkarı daha “təmiz” dizaynı ilə seçiləcəkdir: dizaynerlər kuzovdan lazım olmayan havalandırma girişlərini yığışıdırlacaqlar.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək











