Mask “Tesla”nın 4 mlrd. dollarlıq səhmlərini SATIB

Dünyanın ən varlı insanı İlon Mask aprelin 26-sı və 27-si sahib olduğu “Tesla”nın təxminən 4 milyard dollarlıq səhmlərini satıb.
Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) əməliyyatlar haqqında açıqlamasında deyilir.
SEC-ə təqdim olunan sənədlərə əsasən, qiymətli kağızların satışının əsas payı aprelin 26-sinə təsadüf edib. Mask cəmi iki gün ərzində avtomobil şirkətlərinin 4.4 milyon səhmini satıb.
Xatırladaq ki, daha əvvəl iş adamı 44 milyard dollara “Twitter”i alıb. Bunun fonunda onun sərvəti bir gündə 29 milyard dollar azalıb. Səbəb isə avtomobil istehsalçısının səhmlərinin çökməsi olub. Belə ki, sərmayəçilər milyarderin planlarını yüksək qiymətləndirsələr də, ehtiyatlı davranılar və Maskın sahib olduğu bütün layihələri effektiv şəkildə idarə edə biləcəyinə inanmırlar.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












