Reklam

"Mazda" 2022-ci model ilinin MX-5 ailəsini nümayiş etdirib

Avtodünya 17 Dekabr 2021 16:59 Oxunub 1144
"Mazda" 2022-ci model ilinin MX-5 ailəsini nümayiş etdirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mazda şirkəti 2022-ci model ilinin MX-5 ailəsini təqdim edib. Təkmilləşdirmələrdən nəsibini həm əllə qatlanan yumşaq damı olan adi rodster, həm də elektrik ötürməsi ilə açılıb-bağlanan sərt damı olan MX-5 RF (Retractable Fastback) tarqası alıb.

Mazda MX-5 ailəsinin mühərrik çeşidində dəyişiklik yoxdur: 1,5 (132 at qüvvəsi, 152 Nm) və 2,0-litrlik (184 at qüvvəsi, 205 Nm) mühərriklər yerlərini qoruyublar. Əsas texniki yenilik Kinematic Posture Control (KPC) stabilizasiya sistemidir.

Sistem döngələrdə daxili arxa təkəri yavaşladaraq kuzovun yana əyilmələrini azaldır. Elektronika təkərlərin fırlanma sürətindəki fərqə əsaslanaraq, özünün müdaxilə dərəcəsini real vaxt rejimində tənzimləyir. Şirkətdən KPC sisteminin avtomobilin çəkisinə təsir etmədiyi xüsusilə vurğulanıb.

Bundan başqa, MX-5 ailəsi hələ oktyabr ayında anons edilmiş xüsusi MX-5 990S versiyası ilə genişləndirilib. Rodsterin adındakı indeks onun 990 kiloqrama qədər azaldılmış çəkisinə işarə edir. Çəkinin azaldılmasına 16-düymlük döymə Rays disklərinin və havalandırmalı Brembo əyləclərinin quraşdırılması sayəsində nail olunub.

Əlavə olaraq, sportkarın mühərriki, asqısı və sükanın elektrik gücləndiricisi yenidən tənizmlənib. Xüsusi versiyanın seçilən cəhətləri eklsklüziv xalçalardan, supportlardakı göy rəngli yazılardan, havalandırma sisteminin göy rəngli deflektorlarından və tünd-göy parça damdan ibarətdir.

Daxili bazarda 31 may 2022-ci ilə qədər əlçatan olacaq Mazda Roadster Navy Top versiyasında tünd-göy rəngli damı qara dəri salonla birlikdə təklif edəcəklər.

Bundan başqa, MX-5 RF modelinin Terracotta Nappa dərisi ilə üzlənmiş interyeri olan VS Terracotta Selection versiyası peyda olub. Nəhayət, modelin rəng palitrasına Platinium Quartz Metallic rəngi əlavə edilib.

Yenilənmiş Mazda MX-5 ailəsinin Yaponiyadakı satışlarına yanvar ayının ortalarında başlanmalıdır. Qiymətlər 2.623.500 – 3.922.600 yen (39.250 - 58.690 manat) arasında dəyişir.

Rodsterin ilk nəslinin debüt etdiyi 1989-cu ildən bu günə qədər Mazda şirkəti 1,1 miyon MX-5 modeli satmağa müvəffəq olub. Yapon istehsalçısı yüngül və əlçatan modeli gələcəkdə də buraxmaq niyyətindədir və onun elektrikləşdirilməsi labüddür.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh