"Mercedes" 800 mindən çox avtomobili geri çağırır

"Mercedes" yanğın təhlükəsinə səbəb ola biləcək nasazlığa görə dünya üzrə 800 mindən çox avtomobili geri çağırır.
Avtosfer.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Avtomobil sahiblərinə ünvanlanmış məktubda qeyd edilir ki, soyuducu nasosda nasazlıq aşkarlanıb və bu nasazlıqda bəzi hallarda yanğına gətirib çıxarır.
Eyni zamanda bildirilir ki, hazırda koronavirus pandemiyası fonunda avtomobil sürücüləri zəruri ehtiyat hissələrinin çatışmazlığı səbəbindən servis mərkəzlərinə müraciət edə bilməyəcəklər.
Söhbət 2017-ci ilin yanvarından 2021-ci ilin oktyabrınadək istehsal olunan dizel modellərindən gedir: GLC, GLE, GLS, C, E və S sinifləri, OM654 və ya OM656 mühərrikli CLS.
Məktubun mətnində qeyd edilir ki, istehsalçı təsirə məruz qalan nəqliyyat vasitələrinin sahiblərinə avtomobildən mümkün qədər az istifadə etməyi tövsiyə edir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












