"Mercedes-AMG A 35" və "CLA 35" modelləri də yubiley tədbirinə qoşulublar

Mercedes-AMG bölməsinin bu il 55 yaşı tamam olduğu barədə artıq məlumat vermişik. Bu əlamətdar hadisəni qeyd etmək üçün AMG bölməsi yubiley avtomobilləri seriyasını buraxmağı planlaşdırır. Bir ay əvvəl bu seriyanın ilk nümayəndəsi - Edition 55 xüsusi versiyasında olan Mercedes-AMG G 63 ofrouderi təqdim edilib.
İndi isə, bu seriyaya ən sərfəli qiyməti olan AMG avtomobilləri qoşulublar. Bunlar konstruktiv olaraq unifikasiya edilmiş Mercedes-AMG A 35 hetçbek və sedanı, həmçinin Mercedes-AMG CLA 35 sedan və universalıdır.
Edition 55 versiyasının standart təchizatına qeyri-yubiley avtomobilləri üçün əlavə ödənişlə təklif olunan bir sıra opsiyalar daxil edilib. Buna misal kimi, inkişaf etmiş ön splitteri, arxa diffuzoru və hetçbeklər üçün arxa spoyleri özündə cəmləşdirən AMG Aerodynamics Package dəstini göstərmək olar.
Eyni zamanda, avtomobillər eksteryerin qara tərtibat elementlərini və 19-düymlük təkər disklərini də əldə ediblər. "Yubiley" xüsusiyyətləri – AMG atelyesinin emblemi olan kuzov etiketləri və gümüşü rəngli yanacaq çəninin orijinal qapağıdır. Seçim olaraq, yalnız ağ və qara kuzov rənglər təklif edilirlər.
Avtomobillərin salonu, analoji G-Class modelində olduğu kimi, qara və qırmızı rənglərdə tərtib edilib, sükan çarxında və oturacaqların kürək hissəsində “55” rəqəmi həkk olunub.Həmçinin, yubiley avtomobillərində xüsusi versiyanın adı olan məxmər ayaqaltılar və işıqlandırılan xüsusi kandar lövhəcikləri var.
Texniki cəhətdən dəyişiklik yoxdur: 35 indeksli bütün AMG avtomobilləri 306 at qüvvəli 2,0-litrlik turbomühərrik, yeddi pilləli "robot" və arxa oxda muftası olan tam ötürmə sistemi ilə təklif edilirlər.
A 35 və CLA 35 modelləri üçün nəzərdə tutulmuş AMG Edition 55 paketinin qiyməti 12 614 avrodur. Xatırladaq ki, Mercedes-AMG G 63 ofrouderi üçün eyni dəst 18 000 avroya başa gəlir. Yubiley versiyalarının tirajı məhdudlaşdırılmayıb, lakin belə avtomobilləri yalnız bu ilin noyabr ayına qədər sifariş etmək mümkün olacaqdır.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










