"Mercedes-AMG" bölməsi “qaynar” "C-Class" sedanının təqdimatına hazırlaşır
Mercedes-AMG bölməsi bir il bundan öncə debüt etmiş yeni Mercedes-Benz C-Class modelinin “qaynar” versiyasını təqdim etməyə hazırlaşır. AMG bölməsi, təqdimat öncəsi, “qaynar” sedana həsr olunmuş qısa vieotizeri də dərc edib. Tizerdə sedanın yüngül şəkildə dəyişdirilmiş ön hissəsi nümayiş olunur. Yeniliyin C 43 indeksini alacağı və bazara 2,0-litrlik “turbodördlüyə” əsaslanan hibrid güc qurğusu ilə çıxacağı gözlənilir. Buna işarəni yeni tizerdə görüblər.
Tizerdən göründüyü kimi, AMG tərəfindən hazırlanmış sedan dəyişdirilmiş ön bamperə və şaquli lamelləri olan Panamerica firma radiator barmaqlığına sahib olacaqdır. Casus şəkillərində “qaynar” sedanın inkişaf etmiş yan ətəklərə və buraxılış sisteminin cütlənmiş çıxış borularının arasında yerləşən diffuzora sahib olduğunu görmək mümkündür.
Maraqlıdır ki, videoçarxda səsin aktivləşdirilməsi imkanı da var, lakin səs xətti boşdur. Bunun, C 43 sedanına bir müddət səssiz şəkildə elektrik ötürməsi ilə hərəkət etməyə imkan verən benzin-elektrik güc qurğusuna işarə olduğu söyləmək gərəkdir. 2019-cu ildə Mercedes-Benz şirkətinin bütün “bərkgedən” modellərin EQ Power+ hibrid blokunun hesabına elektrikləşəcəyi barədə verdiyi bəyanat da bu faktı təsdiqləyir.
Mercedes-AMG bölməsi C 43 modelinin 3,0-litrlik V6 mühərrikini Mercedes-AMG CLA 45 S modelindən tanış olan 421 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 2,0-litrlik M139 “turbodördlüyü” ilə əvəz edəcəkdir. M139 mühərrikinin hasilatı hələlik məlum olmayan elektrik modulu ilə təchiz ediləcəyi gözlənilir.
Daha sonra, Mercedes-Benz C-Class sedanının AMG bölməsi tərəfindən hazırlanmış top C 63 versiyası da işıq üzü görəcəkdir. “Bərkgedən” sedan sərt ekoloji normalar ucbatından 4,0-litrlik V8 mühərrikindən məhrum ediləcək, lakin arxa oxda quraşdırılmış elektrik mühərrikini alacaqdır. Elektrik mühərriki sayəsində güc qurğusunun ümumi hasilatı 600 at qüvvəsinin üzərində olacaqdır.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












