"Mercedes-Benz" dünyada ilk dəfə üçüncü səviyyəli avtopilotu sertifikatlaşdırıb
Mercedes-Benz şirkəti dünyada ilk dəfə üçüncü səviyyəli avtonom idarəetmə kompleksini sertifikatlaşdırıb. Almaniyanın Avtomobil nəqliyyatının federal idarəsi (KBA) BMT-nin UN-R157 qaydalarına əsasən firma Drive Pilot sisteminə təqdiretmə verib. Avtopilot 2022-ci ilin birinci yarısında opsiya şəklində təklif ediləcəkdir. Sistem sükan çarxındakı xüsusi düymə vasitəsi ilə aktivləşir və avtomagistralda hərəkət zamanı sürücüyə əllərini sükandan götürməyə imkan verir.
Drive Pilot hüquqi formallıq ucbatından hələlik 60 km/saat həddinə qədər sürətlərdə çalışır, lakin bu limit zamanı ilə artırılacaqdır. BMT-nin UN-R157 qaydası üçüncü səviyyəli avtonom idarəetmə kompleksinə olan texniki tələbləri ətraflı şəkildə təsvir edir: bunlara sistemin müxtəlif vəziyyətlərdə çalışma alqoritmi, yoldakı obyektlərin aşkarlama parametrləri, onlara reaksiya metodları və şəraitləri, habelə sürücü ilə qarşılıqlı əlaqəyə qarşı tələblər (sistemin çalışması barədə məlumatın ötürülməsi, avtomatik idarəetmədən “əllə” idarəyə keçid, sürücünün xəbərdarlığa reaksiya vermədiyi halda dayanmaq və nazasızlıqların aşkar edilməsi zamanı özünüyoxlama sistemi) daxildir.
Drive Pilot sisteminin sertifikatlaşdırma testləri artıq ABŞ və Çində həyata keçirilir, Avropa qanunvericiliyi isə, Almaniya tərəfindən verilmiş təqdiretmə sənədinin Avropa İttifaqının digər ölkələrində, həmçinin Böyük Britaniyada, Yaponiyada, Cənubi Koreyada və Avstraliyada tanınmasını təmin edir. Drive Pilot sistemi çalışmaq üçün standart verici və kameralardan, radiator barmaqlığındakı lidardan, habelə yolların profili, nişan və aktual yol hadisələri haqqında məlumatları ehtiva edən HD-xəritəli yüksək dəqiqlikli mövqeləndirmə sistemindən, əlavə kamera və sensorlardan istifadə edir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












