"Mercedes-Benz" elektrikli avtomobillərini Hindistanda yığacaq

Almaniyanın avtomobil istehsalçısı Mercedes-Benz bu il Hindistanda elektrikli avtomobillərini (elektromobil) yığmağa və yerli bazarda satmağa başlayacaq.
Marja xəbər verir ki, bu barədə cümə axşamı “Business Standard” qəzeti məlumat yayıb.
Şirkətin Hindistan filialının rəhbəri Martin Şvenk bildirib ki, “Mercedes-Benz 2022-ci ilin dördüncü rübündə istehsalını və Asiyada satışını diversifikasiya etmək planının bir hissəsi olaraq Hindistanda istehsal edilən elektrikli avtomobillərinin satışına başlayacaq”.
Mercedes-Benz 2020-ci ildə Hindistanda öz elektrikli yolsuzluq avtomobilinin idxal edilmiş modellərini satmağa başlayıb. "İndi biz xaricdən gətirilən avtomobili Hindistan istehsalı olan avtomobilə çeviririk"- Şvenk deyib.
Son iki il ərzində Mercedes-Benz Hindistanda avtomobil yığma müəssisələrinin inkişafına sərmayəsini 351 milyon dollara çatdırıb. Qlobal miqyasda şirkət 2030-cu ilə qədər elektrik avtomobillərin inkişafına 40 milyard avrodan (47 milyard dollar) çox sərmayə qoymağı planlaşdırır, onların istehsalında Amerikanın Tesla şirkəti ilə rəqabət aparmağa hazırlaşır.
Hazırda Hindistanda elektriklə işləyən avtomobillərin idxal rüsumları 100% təşkil edir ki, bu da xaricdəki istehsal şirkətləri üçün maneədir. Keçən il Tesla Hindistan hökumətinə elektrikli avtomobillərin idxal rüsumlarını 40%-ə qədər azaltmağı təklif etmişdi.
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?












