"Mercedes-Benz EQS krossoverinin yeni tizeri dərc olunub
Mercedes-Benz EQS elektrik krossoverinin təqdimatı aprelin 19-da keçirilməlidir. Tədbir onlayn formatda baş tutuacaq və Mercedes.me mediaplatformasında nümayiş etdiriləcəkdir. İri elektrik krossoveri yeni EVA arxitekturasında inşa edilmiş üçüncü model olacaq və yeddiyerli salonu alacaqdır. Krossover adını daşıdığı EQS liftbeki ilə MBUX Hyperscreen multimedia sistemini, habelə ikimühərrikli güc qurğusunu və 120 kilovat-saatlıq batareyanı paylaşacaqdır.
EQS liftbekindən EQS SUV krossoverinə qədər qət edilən məsafə bir il çəkib: liftbek 16 aprel 2021-ci ildə debüt edib, krossoveri isə 19 aprel 2022-ci ildə nümayiş olunacaqdır. Mercedes-Benz EQS krossoveri EVA modul arxitekturasında inşa edilmiş üçüncü model ( digər iksi - EQS və EQE) olacaq, yeddi yerlik salon (2+3+2 oturacaq formulu) və 56-düymlük rəqəmsal MBUX Hyperscreen paneli ilə təklif ediləcəkdir.
Mercedes-Benz EQS SUV modelinin dörd zonalı klimat-kontrola, panoram dama və arxa sərnişinlər üçün fərdi planşetləri olan əyləncə sisteminə sahib olacağı artıq məlumdur.
Məlum məsələdir ki, elektrokar 4Matic tam ötürməsini əldə edəcəkdir. Belə emblemə malik olan EQS liftbeki ikimühərrikli güc qurğusu (523 at qüvvəsi, 855 Nm) və 120 kilovat-saatlıq (107,8 kilovat-saatı əlçatandır) batyareya ilə təchiz olunur. Liftbek 100 km/saat həddini 4,3 saniyəyə toplayır və 210 km/saata qədər sürətlənir. Dolu batareya ilə EQS 580 4Matic modeli 626 kilometr qət etmək iqtidarındadır.
Sonradan, Mercedes-Benz EQS krossoverinin modifikasiya çeşidində “bərkgedən” AMG versiyası da peyda ola bilər. Məsələn, EQS 53 4Matic+ modeli 658-761 at qüvvəsinə və 949 Nm fırlanma anına malikdir. “Bərkgedən” liftbek 100 km/saat həddini 3,4 – 3,8 saniyəyə toplayır və 586 kilometr (WLTP) qət edir.
EQS krossoverinin istehsalı alman şirkətinin Taskaluzdakı (Alabama ştatı, ABŞ) zavodda təşkil ediləcəkdir. Hazırda burada GLE və GLS krossoverləri buraxılır. Bununla belə, EQS liftbekini Almaniyanın Zindelfingen və Tailandın Txonburi şəhərlərindəki müəssisələrdə yığırlar. EQE sedanı isə Bremendəki istehsal meydançasında buraxılır, bir müddət sonra isə, onun istehsalı Pekindəki Beijing Benz Automotive birgə müəssisəsində də təşkil ediləcəkdir.
autograph.az
Bu ilin 6 ən sərfəli elektrik avtomobili - Pul verməyə dəyər - SİYAHI
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO











