"Mercedes-Benz Vision EQXX" - növbəti tizer
Mercedes-Benz ictimayyəti EQ subbrendinin yeni elektrokarının - Vision EQXX konseptinin təqdimatına hazırlayır. Şirkət yeni konseptin profildən çəkilmiş təsviri olan növbəti tizeri dərc edib. Ştutqartlılar Vision EQXX konseptnin Mercedes-Benz markasının tarixindəki enerji cəhətdən ən səmərəli avtomobili olacağını vəd edirlər.
Konsept 2022-ci ilin 2 yanvar tarixində səhər keçiriləcək onlayn təqdimat zamanı nümayiş etdiriləcəkdir. Bundan sonra konsept Las Veqasda keçiriləcək İstehlak elektronikası sərgisinə (CES) yollanacaqdır. Sərginin ziyarətçiləri konseptə 5-8 yanvar tarixlərində baxa biləcəklər.
Tizerdə uzun formalı kuzovu və alçaq dam xətti olan dördqapılı kupe təsvir edilib. Ön tərəfin tərtibatında və “kəsilmiş” arxa hissədə retro motivlərin olacağı görünür. Vizion EQXX konseptinin iri şaquli arxa fənərlərə malik olacağı güman edilir. Mercedes-Benz şirkəti avtomobilin eni boyu uzanan diod zolağı olan ön tərəfini artıq əvvəlki tizerlərdə nümayiş etdirib.
Bir çox müasir konseptlərdən fərqli olaraq (məsələn, Project Maybach), Vision EQXX “batan” qapı tutacaqlarını deyil, adi qapı dəstəklərini, habelə kameraların əvəzinə kiçik gövdələri olan ənənəvi güzgüləri alıb. Enerji səmərəliliyinə gəldikdə isə, Vizion EQXX konseptinin reallıqda 1000 kilometrlik yürüş ehtiyatına malik olacağı vəd edilir.
Konsept hər 100 kilometrə 10 kilovat-saat enerji sərf edəcəkdir. Konseptin daha bir maraqlı cəhəti onun aerodinamikası olacaqdır. Bu göstəriciyə görə konsept rekord 0.202 aerodinamik müqavimət əmsalı olan “batareyalı” EQS bayraqdar modelini üstələyəcəkdir.
Belə müqavimət əmsalına və xarakteristikaları məlum olmayan güc qurğusuna sahib olan Vision EQXX konsepti, Mercedes-Benz markasını elektrokarların və proqram təminatının yaradılması sahəsindəki liderliyə olan iddiasını təsdiq edəcəkdir.
Ərəblər hibrid mühərrik istehsalına başladılar - FOTO
Rusların ilk elektromobilinin qiyməti narazılıq doğurdu
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI








