"Mitsubishib Ralliart" konsepti brendin imkanlarını nümayiş etdirəcək

Mitsubishi şirkəti bu yaxınlarda Ralliart idman markasını canlandırıb, lakin yeni dalğanın ilk modelləri olduqca təvazökardırlar. Tailandda təqdim olunan Pajero Sport Ralliart ofrouderi və Triton Ralliart pikapı baza avtomobillərindən yalnız rəngarəng dekorasiyası ilə fərqlənirlər.
Bununla belə, gələcəkdə Ralliart bölməsi daha ciddi layihələrlə məşğul olacaqdır: onların potensialını yanvarın ortalarında Tokyo avtosalonunda nümayiş etdiriləcək Mitsubishi Ralliart konsept avtomobili nümayiş etdirəcəkdir.
Hələlik gələcək avtomobilin yalnız bir tizeri dərc olunub: şəkildə inkişaf etdirilmiş diffuzoru olan arxa bamperi göstərilir. İlkin məlumata görə, bu avtomobil Mitsubishi Outlander PHEV seriya hibridinə əsaslanan güclü krossover olacaqdır.
Mitsubishi Ralliart Konsepti şirkətin gələcək "bərkgedən" modellərinin necə görünəcəyini nümayiş etdirəcəkdir. Lakin seriya modellərinin nə zaman işıq üzü görəcəyi hələlik məlum deyil.
Bundan əlavə, Tokyo avtosalonunda seriya öncəsi key-kar olan Mitsubishi Kei EV konsepti nümayiş etdiriləcəkdir. Bu model əslində heç də gənc olmayan Mitsubishi i-MiEV-i hetçbekini əvəzləməlidir. Yaponlar bu modeli Rusiya və ABŞ-da satmağa cəhd etsələr də, uğursuzluğa düçar olublar. Yaponiyada i-MiEV modelinin istehsalı bu ilin martında dayandırılıb, yeni elektromobil isə, 2022-ci ilin yazında və ya yayında bazara çıxmalıdır.
autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












