Modellista atelyesi "Lexus LX" modeli üçün tüninq proqramını hazırlayıb
Dördüncü nəsil Lexus LX ofrouderi bu ilin oktyabr ayında yeni, lakin tanınann dizaynı ilə debüt edib. Bu günlərdə Lexus markası Jaos tüninq atelyesi ilə birlikdə yolsuzluq üçün nəzərdə tutulmuş, üç kilidlənən differensialı, təkər tağlarının genişləndiriciləri, palçıqlıqları, altlığın müdafiə lövhələri və 20-düymlük qızılı rəngli Enkei diskləri olan xüsusi Offroad versiyasını təqdim etmişdi. İndi isə, məşhur Modellista atelyesinin təklifi ortaya çıxıb.
Modellista mütəxəssislərinin hazırladığı tüninq proqramı ofrouderi idman görünüşü ilə təmin etmək üçün nəzərdə tutulub. Bütün dəyişikliklər əsasən ön və arxa tərəfdə cəmləniblər. Eyni zamanda, ofrouderi paslanmayan poladdan hazırlanmış iri kandarlar və mürəkkəb dizaynı olan orijinal 22-düymlük təkər diskləri ilə təchiz ediblər.
Güc qurğusuna müdaxilə barədə məlumat verilməyib. Xatırladaq ki, Lexus LX modeli 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 turbomühərriki ilə təchiz olunur. Bundan başqa, 300 at qüvvəsi və 700 Nm fırlanma anına malik olan 3,3-litrlik turbodizel də mövcuddur. Hər iki mühərrik 10-pilləli avtomatik transmissiya ilə təchiz edilir.
Qeyd etmək lazımdır ki, Lexus LX modelinin texniki əkizi olan Toyota Land Cuiser 300 ofrouderi də təqdimatından bir qədər sonra Modellista mütəxəssisləri tərəfindən hazırlanmış təkmilləşdirmələr dəstini əldə etmişdi.
autograph
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu










