Nadir “Bugatti” super sedanı satışa çıxarılıb – FOTO

Almaniyanın “Schaltkulisse” şirkəti “Bugatti” EB 112 avtomobilini satışa çıxarıb.
Sedan cəmi üç nüsxədə hazırlanıb.
Avtomobil 27 aprel 1993-cü ildə markanın isveçrəli müştərisi tərəfindən sifariş edilib. Lakin maliyyə problemlərinə görə avtomobil yalnız 2000-ci ilin fevralında, demək olar ki, yeddi il sonra təhvil verilib. O vaxtdan bəri, EB 112-nin yalnız bir sahibi olub.
Avtomobili satan şirkət onun qüsursuz göründüyünü və mükəmməl işlək vəziyyətdə olduğunu iddia edir.
İyirmi ildən artıqdır ki, adı açıqlanmayan isveçrəli super sedanla cəmi 4000 kilometr qət edib. Şirkət işlənmiş “Bugatti”nin dəyərini yalnız potensial alıcı ilə şəxsi danışıqlar zamanı açıqlamağa hazır olduğunu bildirib.
Ekspertlərin fikrincə, söhbət bir neçə milyon dollardan gedir.
Qeyd edək ki, EB 112 450 at gücünə malik 6,0 litrlik V12 mühərriki və 5 pilləli mexaniki transmissiya ilə təchiz edilib. Uzunluğu 5070 millimetr, eni 1960 millimetr və hündürlüyü 1405 millimetr olan sedan yerindən saatda 100 kilometrə cəmi 4,3 saniyəyə sürətlənir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














