Nadir tapılan "Corvette ZR2" kabrioleti hərraca çıxarılacaq

2022-ci ilin may ayında Mecum hərrac evi dünyada iki nüsxədə mövcud olan 1971-ci ilin Chevrolet Corvette ZR2 kabrioletindən birini satmağı planlaşdırır. Eyni zamanda, satışa ən az yürüşü (14.000 kilometr) olan nüsxə çıxarılacaqdır. Hərracın təşkilatçıları heç vaxt bərpa olunmayan ən nadir modelin satışından 1,2 milyon dollara qədər vəsaiti əldə etməyi planlaşdırırlar.
Chevrolet cəmi 12 ədəd ZR2 seriyasından olan Corvette trek avtomobilini buraxıb və onlardan yalnız ikisi açıq kuzova malik idi. Eksklüziv idman avtomobillərini bir il ərzində almaq mümkün idi. Bu baxımdan, üçüncü nəsildən olan Corvette ZR2 modeli ən nadir sportkar hesab olunur.
Unikal avtomobillər 425 at qüvvəli 7,4 litrlik mühərrik və dörd pilləli mexaniki ötürmələr qutusu ilə təchiz ediliblər. Corvette ZR2 modeli 100 km/saat həddini 5,5 saniyəyə toplayır və 243 km/saata qədər sürətlənir.
Digər texniki yeniliklər arasında təkmilləşdirilmiş əyləclər, mühərrikin modernləşdirilmiş soyutma sistemi və gücləndirilmiş asqı var. Eyni zamanda, idman avtomobillərində kondisioner, sükan gücləndiricisi və radio quraşdırılmayıb. Bundan əlavə, modelin təchizatına qatlanan parça tavan və sərt dam daxildir.
Yarım əsrlik tarixdə kabriolet cəmi 14.000 kilometr məsafə qət edib və tematik sərgilərdə çoxlu sayda mükafat qazanıb. Sahibinin sözlərinə görə, avtomobil heç vaxt bərpa prosesindən keçməyib, ona görə də onu dünyada ən orijinal Corvette ZR2 modeli hesab etmək olar.
Aprel ayının ortalarında, hərracların gedişində Z06 seriyasından olan ilk Chevrolet Corvette kabrioleti satılıb. Eksklüziv idman avtomobilinin satışından bir milyon dollar vəsait əldə edilib.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












