Nadir tapılan "IsoRivolta GTZ" modeli hərraca çıxarılıb

IsoRivolta GT Zagato (GTZ) kupesi nadir tapılan avtomobillərdən biridir. Cəmi 19 nüsxəlik tirajla buraxılacaq kupeni yaradan zaman, Zagato atelyesinin dizaynerləri əfsanəvi Iso Grifo A3/C yarış avtomobilindən ilham alıblar. Qeyd etmək gərəkdir ki, klassik A3/C yarış avtomobili “Le Manın 24 saatı” marafonunda iki dəfə - 1964 və 1965-ci illərdə qalib gəlib. Bu günlərdə bu unikal kupenin bir nüsxəsi ABŞ-a idxal edilib və gələn ilin yanvar ayında Mecum hərracında satışa çıxarılacaqdır.
IsoRivolta GTZ modeli bir sıra retro həlləri almasına baxmayaraq, onun karbon kuzovu müasir görünüşə malikdir. Klassik yarış avtomobilindən ilhamlanaraq yaradılmış kupe, eyni zamanda, bu il keçirilmiş Monterey Car Week festivalında The Quail Motorsports Gathering sinifində qalib olub.
IsoRivolta GTZ kupesiı Chevrolet Corvette Z06 (C7) modelinin aqreqatlarında inşa edilib. İtalyanlar donorun mühərrik və transmissiyasına müdaxilə etməyiblər, bu isə, kupenin 660 at qüvvəsi və 881 Nm fırlanma anı hasil edən kompressorlu 6,2-litrlik LT4 V8 mühərriki ilə təchiz olunduğundan xəbər verir. Belə “içalata” malik olan kupe 100 km/saat həddini 3,7 saniyəyə toplayır və 315 km/saata qədər sürətlənir.
Lakin kupenin hansı tranmsissiya ilə təchiz edildiyi barədə məlumat verilməyib. Adını çəkidiyimiz Corvette modelində güc aqreqatı 7-pilləli Tremec TR-6070 mexaniki ötürmələr qutusu və ya 8-pilləli GM 8L90 “avtomatı” quraşdırıla bilər.
Corvette Z06 modelinin Milandakı Zagato atelyesində IsoRivolta GTZ kupesinə çevrilməsinə 2500 saat əmək sərf olunur. Faktiki olaraq, GTZ kupesində Corvette modelinin heç bir kuzov panelindən istifadə edilmir, odur ki, kupenin kuzovu tamamilə özünəməxsusdur. Bu özünəməxsusluğu interyerdə də görmək olar. Zagato atelyesi GTZ modelinin baqaj bölümünün donorundan daha tutumlu olduğunu bildirir.
Qeyd etmək gərəkdir ki, amerikan hərrac evi unikal kupeni 1.350.000 dollara qiymətləndirib.
autograph
Ən yüksək keyfiyyətli Çin avtomobilləri - SİYAHI
Avtomobil istehsalı: SSRİ-dən Rusiyaya yarıbayarı geriləmə - FOTO
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA
Almaniya hökuməti elektromobillə bağlı planını dəyişdi
Tarixin ən bahalı "Chevrolet Camaro"su - 2 milyon dollara satıldı - FOTO
Ən ucuz işlənmiş avtomobillər - Pulunuza görə ideal seçim - TOP-10
Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir
Avropanın ən çox avtomobil alınan ölkələri – TOP 5
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO
Dünyada ilk V5 mühərriki - İkivallı - FOTO











