Nəqliyyat tıxaclarına görə vergi tətbiq edilə bilər

Münhen şəhərinin hakimiyyət orqanları nəqliyyat tıxaclarına görə ödəniş tətbiq olunması məsələsini fəal müzakirə edirlər. Lakin Bavariya paytaxtının və ətraf bölgələrin sakinləri bu ideyanı, əlbəttə, xoşlamırlar. Hər kəs əlavə xərc çəkmədən öz avtomobilində rahat getmək istəyir. Yanacağın qiyməti rekord səviyyəyə çatdığı indiki vaxtda sakinlərin bu mövqeyi heç də təəccüblü deyil.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, Münhen şəhər şurasındakı siyasi çoxluq, - sosial-demokratlarla koalisiya şəraitində şəhəri idarə edən "Yaşıllar", - tıxaclara görə ödəniş tətbiq olunmasının tərəfdarıdır. Bu qərar qəbul ediləcəyi halda daxili halqa hüdudunda getmək istəyən avtomobil sahibləri gündə 6-8 avro ödəməli olacaqlar.
Nəqliyyat tıxaclarına görə vergi işə avtomobillə gedən sıravi almanların ciblərinə ciddi ziyan vuracaq. Şəhərətrafı bölgələrdə yaşayanların işi daha çətin olacaq.
Bu yaxınlarda şəhərdə kollaps yarananda Münhendə həyatın sanki "donmasından" sonra bu mövzu aktuallaşıb. Ümumiyyətlə, Bavariyanın paytaxtı həm də Almaniyada "avtomobil tıxacları paytaxtı" hesab edilir. Rəy sorğusunun nəticələri göstərib ki, şəhər sakinləri tıxaclarda hər il orta hesabla 79 saat vaxt itirir. Rəyi soruşulmuş 1100 nəfərin 60 faizi şəhərdə, 40 faizi isə Münhendən 50 kilometrə qədər məsafədə yaşayır. Respondentlərin yarısı Münhendə avtomobil tıxaclarına görə ödəniş tətbiq edilməsinin əleyhinə, 41 faizi bu təklifin lehinə olduğunu bildirib, rəyi soruşulanların 9 faizi isə bu barədə şəxsi fikri olmadığını söyləyib.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










