Niderland kralından “Qızıl avtomobil” lə bağlı qərar

Niderland kralı Villem-Aleksander rəsmi mərasimlərdə istifadə etdiyi "Qızıl avtomobil"dən bir müddət istifadə etməyəcəyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb maşının üzərində Niderlandın müstəmləkə tarixini xatırladan şəkillərin olmasıdır.
Kral videomüraciətində hər il parlamentin qanunvericilik ilinin açılış mərasimlərində istifadə edilən və ölkədə mübahisələrə səbəb olan “Qızıl avtomobil”dən Niderlandın bu vəziyyətə hazır olana qədər istifadə edilməyəcəyini bildirib.
O, çıxışında tarixi obyektlərin və simvolların qadağan edilməsinin həll yolu olmadığını deyib:
"Keçmişdə olanları bu gün qınamanın və aradan qaldırmanın bir mənası yoxdur".
Avtomobilin sol tərəfində "Koloniyalardan (müstəmləkəçilik) gələn dəhşət" adlı rəsm, Niderlandı təmsil edən gənc ağdərili qadına hədiyyə təqdim edən qaradərili və asiyalı insanların şəkli var.
Qeyd edək ki, aktivistlər Niderlandın qul ticarətindəki rolu və müstəmləkəçilik tarixinə görə avtomobildən istifadəyə qarşı çıxıblar.
Kralın açıqlamasından sonra Amsterdam muzeyindəki avtomobilin muzeyin ictimai hissəsində sərgilənəcəyi açıqlanıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












