"Nio" şirkəti "Tesla Model 3" elektrokarının rəqibini təqdim edib

Suçjou şəhərində keçirilən Nio Day 2021 tədbirində yeni elektromobilin təqdimatı keçirilib. Nio ET5 adlandırılmış elektrokar dizayn cəhətdən daha böyük Nio ET7 modelini xatırladır, onun kuzovunun bəzi elementləri isə, Nio EP9 elektrik hiperkarından ilham alınaraq yaradılıb.
İnteryer dizaynı cəhətdən də ET5 elektrokarı ET modelini təkrarlayır, lakin ondan ölçüləri ilə fərqlənir.Elektromobilin təchizatına 10,2-düymlük cihazlar paneli, tamamlanmış və virtual reallığa malik olan PanoCinema sistemi, salonun 256-rəngli atmosfer işıqlandırması, Dolby Atmos 7.1.4 həcmli səsləndirməsi olan səs sistemi və UWB texnologiyasına əsaslanan rəqəmsal açar daxildir.
Firma Nio Autonomous Driving, Nio Aquila Super Sensing və Nio Adan Super Computing kompleksləri pilotsuz idarəetməni təmin edirlər. Lakin bu funksiya ödənişli olacaqdır. Birincisi, bunun üçün ayda 680 yuan ödəmək gərəkdir, ikincisi, elektromobilin bəzi imkanları proqram təminatının yenilənməsi ilə tədricən açılacaqdırlar.
Ölçülərinə görə Nio ET5 modeli Tesla Model 3 elektrokarından daha böyükdür: onun uzunluğu 4790 millimetr, eni – 1960 millimetr, hündürlüyü – 1499 millimetr, təkər bazası isə 2888 millimetrdir.
Flaqman versiyası 150 kilovat-saatlıq batareyaya və 1000 kilometrlik yürüş ehtiyatına malik olacaqdır. Digər iki versiya 100 kilovat-saatlıq (700 kilometr) və 75 kilovat-saat (550 kilometr) dartma batareyaları ilə təchiz ediləcəkdirlər.
Satışların başlanğıcında Nio ET5 modeli yalnız 483 at qüvvəli ikimühərrikli güc qurğusu ilə təklif olunacaqdır. Belə elektrokar 100 km/saat həddinə 4,3 saniyəyə sürətlənəcəkdir. Elektromobilin 100 km/saat həddindən tam dayanmasına 33.9 metr gərəkdir ki, buna da şirkətin öz məhsulu olan dördporşenli əyləc supportları sayəsində nail olunub.
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










