"Nissan" əfsanəvi Silvia kupesini yenidən canlandıracaq
İnternet şəbəkəsində yenidən canlandırılacaq Nissan Silvia modelinin renderi peyda olub. Yeni Silvia modelinin elektrik güc qurğusu ilə hərəkətə gələcəyi gözlənilir. Japan’s Best Car nəşri Nissan şirkətinin rəhbərliyinin bazara əfsanəvi modellərdən birini qaytarmaq barədə qərar qəbul etdiyini xəbər verir.
Şayiələr görə, yeni modeli “Pure EV Silvia Revival” layihəsi çərçivəsində hazrlayacaqlar. Pərəstiş obyektinə çevrilmiş kupenin yeni batareyalı varisinin 2025-ci ildə təqdim ediləcəyi gözlənilir.
Renderlərdən göründüyü kimi, yeni elektrik kupesi 1964-cu ildə Tokyo avtosalonunda debüt etmiş ilk nəsil Nissan Silvia modelindən ilham alınaraq yaradılacaqdır. Buna kuzovun üst və alt tərəfini “ayıran” şaquli xətlər, habelə iki ön fənərlər və nazik arxa işıqlar işarə edir. Layihə haqqında başqa təfərrüatlar yoxdur.
Şayiələrə görə, Silvia modelinin yenidən canlanıdırlmasını Nissan Design Europe mərkəzinin vitse-prezidenti Mətyu Uiver təklif edib. Onun sözlərinə görə, bu kupe zamanını qabaqlayıb və bu gün də yollarda effektiv görünür. Bununla yanaşı, Uiver əfsanəvi modelin elektrik ötürməsinə keçməsini müasir qlobal məhsulun əla nümunəsi olacaqdır.
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür










