Növbəti nəsil Range Rover Sport modelinin təqdimat tarixi məlum olub

Avtodünya 29 Aprel 2022 16:46 Oxunub 1188
Növbəti nəsil Range Rover Sport modelinin təqdimat tarixi məlum olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Növbəti, üçüncü nəsil Range Rover Sport modelinin prototipləri artıq iki ildir ki, hərtərəfli sınaqlarda iştirak edirlər. Yeni krossoverin ilk casus şəkilləri hələ 2020-ci ilin fevral ayında İnternet şəbəkəsində dərc ediliblər. Bununla belə, yeni nəslin debütü çox yaxındır - Britaniya istehsalçısı təqdimatın 10 may tarixində keçiriləcəyini elan edib.

Eyni zamanda, istehsalçı yeni krossoverin bir neçə tizerini də dərc edib. Tizerlərdən göründüyü kimi, Sport versiyası flaqman Range Rover modelndəkindən daha nazik fənərlərə malik olacaq və ön qanaddakı örtmələri qoruyub saxlayacaqdır. Krossoverin interyeri bütövlükdə Range Rover modelindən buraya köçürülüb. Lakin mərkəzi konsol başqa tərtibata malikdir - o, daha rəvan şəkildə mərkəzi tunnelə keçir.

Ötən payızda nəsil dəyişdirmiş Range Rover modelinin ardınca, Range Rover Sport krossoveri də MLA-Flex platformasına keçib. Yeni platforma daha sərt kuzovu və qabaritlərdəki kiçik artımı ehtiva edir. Krossoverin üçüncü nəslinin mühərrik çeşidinə sıralı altısilindrli benzin və dizel mühərrikləri daxil olmalıdır.  Mühərriklər 48 voltluq startyor-generatora və məişət şəbəkəsindən qidalanma imkanına malik olacaqlar. Bundan başqa, Range Rover Sport modeli BMW şirkətinin  530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 mühərriki ilə də təchiz ediləcəkdir.

Məlum olduğu kimi, Range Rover Sport modelinin SVR indeksli “bərkgedən” versiyası 575 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Şayiələrə görə, yeni SVR modeli alman mühərrikinin 625 at qüvvəli versiyası ilə təchiz ediləcəkdir. Nəticədə, Britaniya markasının tarixindəki ən dinamik krossover 100 km/saat həddini təqribən 4,0 saniyəyə (- 0,5 saniyə) toplayacaqdır.

Bu arada yeni modelin ilk kamuflyajsız şəkili şəbəkədə peyda olub

Jaguar Land Rover nümayəndələri yeni Range Rover Sport modelinin “sələfinin cəsarətli şücaətlərini davam etdirəcəyini” bildiriblər. Bu, avtomobilin əldə etdiyi nailiyyətlər toplusunun genişlənəcəyinə işarə ola bilər. Xatırladaq ki, modelin protfoliosunda  Payks-Pik yarışlarında, Səudiyyə Ərəbistanı səhrasında və Çinin “Səma qapılarında” əldə etdiyi rekordlar var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh