"Peugeot 308" modeli sırf elektrik versiyasında buraxılacaq
Peugeot şirkəti 308 modelinin “e” indeksini alacaq tam elektrik versiyasının istehsalına başlamağa hazırlaşır. Peugeot e-308 modeli haqqında ilk məlumatla “Autocar” nəşri paylaşıb: nəşrin bildirdiyinə görə, elektrokar hər iki kuzov növü (hetçbek və universal) və e-208 modeli ilə müqayisədə daha güclü mühərrikə və artırılmış yürüş ehtiyatına malik olacaqdır. Peugeot e-308 modelinin istehsalına gələn ilin yayında başlanmalıdır.
Digər Peugeot modellər kimi, e-308 modeli də elektrik mühərrikinə, elektrik yükləmə qurğusuna və istilik nasosuna malik olacaqdır. Dartma batareyası döşəmənin, əsasən də oturacaqların altında yerləşdiriləcəkdir ki, bu da salon və baqaj bölümündəki məkanı qoruyub saxlamağa imkan verəcəkdir.
Peugeot e-308 modeli alternativsiz olaraq ön ötürmə ilə təklif ediləcək və bir güc qurğusunu alacaqdır: söhbət 154 at qüvvəsi və 269 Nm fırlanma anı hasil edən yeganə elektrik mühərrikindən gedir. Xatırladaq ki, e-208 modelinin mühərriki 134 at qüvvəsi təklif edir. Güc qurğusu 402 kilometr yürüş məsafəsini təmin edən 50 kilovat-saatlıq batareyadan qidalanacaqdır.
Peugeot şirkəti satılan 308 modellərinin 20 faizinin hibrid versiyanın payına düşdüyünü bildirib. Bu da “yaşıl” versiyanın yaxşı perspektivlərə malik olacağına ümid verir. Bundan başqa, modelləri bir neçə növ güc qurğusu (DYM, hibrid və elektrik) ilə təchiz etmək qərarı kommersiya cəhətdən uğurlu olub.
autograph
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










