Reklam

"Polestar 3" elektrik krossoverinin ilk şəkli dərc olunub

Avtodünya 3 Dekabr 2021 16:46 Oxunub 892
"Polestar 3" elektrik krossoverinin ilk şəkli dərc olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Polestar markası 3 indeksli elektrik krossoverinin yeni tizerini dərc edib. Dərc edilmiş şəkildə kamuflyaj örtüyünə bürünmüş krossover təsvir olunub. Bu şəkil Polestar 3 modelinin yeganə şəklidir. Beləliklə, istehsalçı kamuflyaj örtüyü ilə olsa da, yeni modelin kuzovunu nümayiş etdirib.

Bununla belə, kamuflyaj bəzi xarakterik detalları görməyə mane olmur. Məsələn, “Torun çəkici” adlandırılmış gündüz hərəkət işıqları aydın şəkildə nəzərə çarpır. Bu element Polestar şirkətinin hazırki baş direktoru Tomas İngenlatın Volvo markasının baş dizayneri işlədiyi vaxt peyda olub.

Polestar 3 modeli arxa dayaq zonasında Volvo XC40 krossoverinə bənzəyir, lakin onun texniki cəhətdən daha iri XC90 modelinin növbəti nəslinin qohumu olacağı məlumdur: hər iki model 90 və 60 seriyasından olan modellərinin əsasını təşkil edən arxitekturanın yenidən işlənmiş versiyasında - SPA2 modul platformasında inşa ediləcəkdir.

Yeni XC90 modeli üçün müxtəlif güc qurğuları təklif edilsə də, Polestar 3 modeli yalnız elektromobil olacaqdır. Güc qurğusu bir və ya iki mühərrikli ola bilər, üstəlik, bu aqreqatlar Volvo modelindəki mühərriklərdən daha güclü olmalıdırlar.

Polestar markasının tarixindəki üçüncü model, ABŞ-da buraxılan ilk Polestar avtomobili olacaqdır: onun istehsalını gələn il Cənubi Karolinadakı Volvo zavodunda təşkil edəcəklər. Hazırda bu zavodda S60 modeli buraxılır. Polestar 3 modeli isə, ilk növbədə, amerikalılara ünvanlanıb. İngenlat elektrik krossoverinin təxmini qiymətini də səsləndirib - 75 min avro.

Gores Guggenheim şirkətilə birləşərək birjaya çıxmağı palnlaşdıran şirkətin bütün ümidləri məhz Polestar 3 modeli ilə bağlıdır. Hazırda isveç markası 14 bazarda çıxış edir və ilin sonuna qədər 29 min avtomobil satmağa ümid edir. 2023-cü ilin sonunda bazarların sayı 30-a, illik satış həcmini isə, 2025-ci ilə 290 min ədədə çatmalıdır. Polestar şirkət 3 krossoverinin ardınca 45 min avro qiyməti olan 4 indeksli yığcam krossoveri buraxmalıdır, 2024-cü ildə isə, model xəttinə Polestar 5 sedanı qoşulmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh