"Porsche Cayenne" “platin” versiyasına sahib olub
Porsche Cayenne modelinin bəzi versiyaları Platinum Edition xüsusi təchizatına sahib olublar. Belə krossoverləri Platinum rəngində dizayner elementləri və genişləndirilmiş avadanlıq siyahısı sayəsində tanımaq olar.
Məsələn, “platin” Cayenne modelləri 21-düymlük RS Spyder Design diskləri, cilalanmış alüminiumdan kandar lövhələri, adaptiv PDLS fənərləri və panoram dam ilə təchiz edilirlər. “Platin” krossoverlərə sifarişlər artıq qəbul edilir, lakin onları müştərilərə çatdırılmasına yalnız may ayında başlanacaqdır.
Platinum Edition tərtibatını Cayenne (340 at qüvvəsi, 450 Nm), Cayenne E-Hybrid (462 at qüvvəsi, 700 Nm), Cayenne S (440 at qüvvəsi, 550 Nm) və onlara uyğun olan Cayenne Coupe versiyaları üçün sifariş etmək olar.
Belə krossoverlərin rəng palitrasına ağ və qara boyalar, habelə Jet Black, Carrara White, Mahongany, Moonlight Blue metal boyaları və xüsusi Crayon çaları daxil edilib. Bamperdəki örtmələrin, baqaj qapağındakı Porsche yazısı və modelin adının rəngi seçilmiş kuzov rəngindən asılı deyil - onların hamısı yarıparlaq Platinium rəngində olacaqlar.
Bununla belə, “platin” Cayenne modellərində qara rəngə buraxılış sisteminin çıxış boruları və yan şüşə haşiyələri boyanırlar. Salonda boz təhlükəsizlik kəmərləri, Platinium Edition yazıları olancilalanmış alüminiumdan kandar lövhələri və naxışlı metaldan işləmələr diqqəti çəkir.
Krossoverlərin standart təchizatına adaptiv PDLS fənərləri, panoram dam, idman oturacaqları, həcmli səsləndirməsi olan Bose səs sistemi, ətraf işıqlandırması və analoq saatı daxildir.
autograph
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu










