“Porsche” IPO-ya çıxmağa hazırlaşır

“Volkswagen Group” konserni “Porsche AG” şirkətinin ilkin kütləvi təklifini (IPO) həyata keçirməyə hazırlaşır.
Banker.az xəbər verir ki, qrup toplanan maliyyəni elektromobil istehsalının maliyyələşdirilməsinə xərcləməyi planlaşdırır. Qiymətləndirmələrə görə, dəbdəbəli avtomobil markasının kapitallaşması 45 milyard avrodan 90 milyard avroya qədər arta bilər.
2020-ci ildə “Porsche” pandemiyaya baxmayaraq, rekord gəlir əldə edib. Şirkət 272 mindən çox avtomobil satıb. Bunlardan 20 mindən çoxu 2019-cu ilin dekabrında tədarükünə başlanan “Taycan” modelləri olub. Şirkətin 2020-ci ildə gəliri 28.7 milyard avroya yüksəlib.
“Volkswagen Group”un 2021-ci ilin doqquz ayı ərzində xalis mənfəəti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7.9 dəfə artaraq 10.8 milyard avroya çatıb. Bununla belə, yarımkeçiricilərin çatışmazlığı 2021-ci ilin üçüncü rübündə tədarükün kəskin şəkildə 24.4% azalmasına səbəb olub.
Xatırladaq ki, daha əvvəl konsern çip qıtlığı səbəbindən istehsalın 60 illik minimumuna düşdüyünü açıqlamışdı. Almaniyanın Volfsburq şəhərində yerləşən aparıcı zavodda 1958-ci ildən bəri ən az avtomobil istehsal edəcək.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










