“Porsche” IPO-ya çıxmağa hazırlaşır

“Volkswagen Group” konserni “Porsche AG” şirkətinin ilkin kütləvi təklifini (IPO) həyata keçirməyə hazırlaşır.
Avtosfer.az xəbər verir ki, qrup toplanan maliyyəni elektromobil istehsalının maliyyələşdirilməsinə xərcləməyi planlaşdırır. Qiymətləndirmələrə görə, dəbdəbəli avtomobil markasının kapitallaşması 45 milyard avrodan 90 milyard avroya qədər arta bilər.
2020-ci ildə “Porsche” pandemiyaya baxmayaraq, rekord gəlir əldə edib. Şirkət 272 mindən çox avtomobil satıb. Bunlardan 20 mindən çoxu 2019-cu ilin dekabrında tədarükünə başlanan “Taycan” modelləri olub. Şirkətin 2020-ci ildə gəliri 28.7 milyard avroya yüksəlib.
“Volkswagen Group”un 2021-ci ilin doqquz ayı ərzində xalis mənfəəti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7.9 dəfə artaraq 10.8 milyard avroya çatıb. Bununla belə, yarımkeçiricilərin çatışmazlığı 2021-ci ilin üçüncü rübündə tədarükün kəskin şəkildə 24.4% azalmasına səbəb olub.
Xatırladaq ki, daha əvvəl konsern çip qıtlığı səbəbindən istehsalın 60 illik minimumuna düşdüyünü açıqlamışdı. Almaniyanın Volfsburq şəhərində yerləşən aparıcı zavodda 1958-ci ildən bəri ən az avtomobil istehsal edəcək.
Banker.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










