Reklam broşüründəki səhv Ford-a milyonlarla dollara başa gəldi - FOTO

Reklam broşürasındakı səhv “Ford” konserninə 4,5 milyon Avstraliya dollarına (5,5 milyon manat - red.) başa gəlib. Məlumata görə, 2020-ci ilin oktyabrından 2021-ci ilin aprelinə qədər “Ford Australia”nın rəsmi internet saytında və “mavi oval” dilerlərdə “Mustang Mach 1” sportkarın mövcud olmayan opsiyalarını təsvir edən reklam broşürləri paylanıb.
Broşüralardakı səhv PR xidmətinin diqqətsizliyi ilə əlaqədar olub - Avstraliyada “Mustang Mach 1” adaptiv kruiz-kontrol, arxa dayanacaq sensorları, işıq-diod duman işıqları və məhdud sürüşmə diferensialı olmadan təklif olunur, lakin nədənsə bütün bu seçimlər broşürdə sadalanıb.
Ümumilikdə, 700 sportkar satılıb.
Problemin həlli “Ford Australia”ya 4,5 milyon dollara başa gəlib. Səhvini etiraf edən yerli törəmə şirkəti idman avtomobili alıcılarına 4500 dollar endirim edib, üç il pulsuz xidmətə zəmanət verib və trek günləri üçün ödənişi boynuna götürüb.
Avstraliyanın nəzarət orqanları “Ford”un mövqeyini nəzərə alıb və avtomobil istehsalçısına böyük məbləğdə cərimə tətbiq etməyib - avtomobil nəhəngi istehlakçıların hüquqlarının müdafiəsi haqqında yerli qanunu pozduğuna görə yerli valyuta ilə cəmi 53 280 dollar (təxminən 65 min manat - red.) ödəyəcək.
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür










