"Renault Austral" modelinin son sınaqlarına start verilib
Renault şirkətinin Austral adlı krossoveri təqdim edəcəyi barədə məlumat vermişdik. Bu gün fransız istehsalçısı yeni krossoverin seriyaöncəsi versiyasının şəkillərini dərc edib. Doğrudur, krossover hələlik kamuflyajdadır və onun sınaqlarının son mərhələsinə başlanıb. Bu sınaqlar zamanı avtomobil iki milyon kilometr məsafə qət etməlidir ki, bu məsafənin də 600 min kilometri Fransa, Almaniya, İspaniya və Rumıniyanın yollarının payına düşüb.
Xatırladaq ki, Austral adı bir ay bundan öncə açıqlanıb və bu ad nə astral, nə də Avstraliya ilə bağlıdır. Əslində “avstral” – cənublu mənasını daşıyır: latin dilində “australis” sözü “cənub” mənasındadır. Bu ad Avropada satılan Renault Kadjar modelinin varisinə qismət olacaqdır. Kadjar modeli o qədər də uğurlu olmayıb və Renault marketoloqları onun varisi üçün başqa ad seçmək qərarına gəliblər.
Zahiri cəhətdən Austral modeli Renault Megane E-Tech elektrik krossoverinə bənzər olacaqdır. Lakin “Cənublu” daha hündür kuzova və ənənəvi qapı dəstəklərinə sahib olacaqdır. “Qacar” modelinin formatı qorunub saxlanacaqdır: yeni model C sinifindən olan beşyerli krossoverdir, lakin onun uzunluğu 4,45 metrdən 4,5 metrə qədər artacaqdır. Hətta Nissan ilə texniki bənzərlik də qorunacaqdır, çünki Austral üçüncü nəsil Qashqai modelindən götürülmüş modernləşdirilmiş CMF-CD3 platformasına əsaslanacaqdır.
Renault Austral modelinin mühərrik çeşidinə müxtəlif mürəkkəblik dərəcəsinə malik olan hibrid güc qurğuları daxil ediləcəkdir. Baza krossoveri 12-voltluq startyor-generatoru olan 1,3 Tce turbomühərriki ilə təklif olunacaqdır. Növbəti hibrid 1,2 TCe və 48-voltluq startyor –generatorun tandemidir. Çeşidin ən yüksək pilləsində isə 200 at qüvvəli tam ölçülü E-Tech hibridi qərarlaşacaqdır.
Renault Austral modelinin bu ilin yazında debüt edəcəyi gözllənilir. Təxmnən bir il sonra daha iri Koleos modelinin varisi debüt etməlidir. Çox güman ki, bu krossoverə də yeni ad veriləcəkdir. 2024-cü ildə isə ailənin üçüncü modeli işıq üzü görməlidir – bu, cari model çeşidində bənzəri olmayan RHN kod adlı kupeşəkilli krossoverdir. Hər üç krossover hazırda Kadjar modelinin buraxıldığı Palensiya (İspaniya) şəhərindəki zavodda istehsal ediləcəkdir.
autograph
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










