"Renault" Brasil bölməsi Sandero RS hetçbekindən imtina edib
Renault şirkətinin Braziliya bölməsi Sandero RS modelinin buraxılmasına son verildiyini bildirib. 2015-ci ildən istehsal edilən “qaynar” hetçbek yalnız Braziliya və Argentinada satılır, 145 at qüvvəli 2,0-litrlik mühərrik və ya etanol ilə işləyən güc qurğusu ilə təchiz olunur. Sonuncu halda mühərrikin gücü 150 at qüvvəsi təşkil edir. Bu modelin çeşiddən çıxarılmasının əsas səbəbi 2022-ci ildə sərtləşdiriləcək ekoloji normalardır - şirkətdən güc qurğusunun modernləşdirilməsinin sərfəli olmadığı bildirilib.
Sandero RS modeli standart hetçbekdən bütün təkərlərin disk əyləcləri, yenidən tənizmlənmiş asqı və sükan gücləndiricisi, habelə söndürülən stabilizasiya sistemi də daxil olmaqla bir sıra texniki fərqlər ilə seçirilir. Renault Sandero RS modeli 100 km/saat həddini 8,0 snəyəyə toplayır və 202 km/saata qədər sürətlənir.
Motor1 Brasil saytı RS-versiyadan imtinanın ikinci səbəbini də səsləndirib. Şayiələrə görə, Renault şirkəti cari ikinci nəslin həyat dövrü tamamlanandan sonra, Logan/Sandero ailəsinin Cənubi Amerikadakı satışına son verəcəkdir.
Əvvəllər, modelin üçüncü nəslinin Braziliyadakı istehsalına başlamaq üçün aparılan hazırlıq işlərinin tələsik şəkidə dayandırıldığı, mövcud olan nəslin isə daha iki il buraxılacağı barədə xəbər peyda olmuşdu.
Latin Amerikası ölkələrində sedan və hetçbeki krossoverlərlə əvəzləmək planlaşdırılır. Bu krossoverlərin arasında braziliyalılara vəd olunmuş yeni Bigster modeli də var. Bundan başqa, HJF kod adı ilə işarələnmiş daha bir krossover üzərində çalışmalar davam etdirilir. Çox güman ki, CMF-B platformasına əsaslanacaq yeni krossover Sandero Stepway modelinin birbaşa varisi olacaqdır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












