"Renault Megane" "E-Tech Electric" krossoverinin multimedia sistemini nümayiş etdirib - VİDEO
Renault şirkəti OpenR Link adlı məlumat-əyləncə sistemi haqqında məlumat verib. Bu sistem Megane E-Tech Electric elektrik krossoverinin təchizatına daxil olacaqdır. Sistemin aparat hissəsi olan Snapdragon Automotive Cockpit platforması Qualcomm, proqram təminatı isə LG Electronics tərəfindən təqdim edilib. 267 ppi piksel sıxlığına malik olan displey Continental şirkəti tərəfindən hazırlanıb, “mikrojalüzi” texnologiyasına əsaslanan, çirki uzaqlaşdıran və parıltıların qarşısını alan örtüyə malikdir, habelə bərkidilmiş şüşə sayəsində xarici təsirlərdən müdafiə olunur.
Renault Megane E-Tech Electric krossoverinin rəqəmsal kokpiti 12,3-düymlük virtual cihazlar panelindən və şaquli 12-düymlük əsas ekrandan ibarətdir. Artıq bildirdiyimiz kimi, multimedia sistemi Qualcomm şirkətinin Snapdragon Automotive Cockpit platformasına əsaslanır və qrafikanı əvvəlki nəsil qurğulardan yeddi dəfə səlis göstərir.
Proqram təminatı LG Electronics ilə birlikdə hazırlanıb, Android Automotive və Android 10 əməliyyat siisteminə əsaslanır, Google servislərini, habelə Android Auto və Apple CarPlay tətbiqlərini dəstəkləyir.
Ekranların ümumi sahəsi 774 kvadrat santimetr təşkil edir ki, bu da Renault markasının tarixindəki əm iri displeylərdir. Onları Continental firması buraxır, üstəlik konstruktiv xüsusiyyətləri sayəsində TFT-panellər demək olar ki, bərq vurmurlar.
Displeyin piksel sıxlığı iPad Pro planşetindən olduğundan çoxdur - 264 ppi qarşı 267. Displey çirki uzaqlaşdıran və parıltının qarşısını alan örtüyə malikdir və mexaniki xüsusiyyətlərinə görə Gorilla Glass ilə bənzər olan alümosilikat şüşə sayəsində xarici təsirlərdən müdafiə olunur.
Möhkəmləndirilmiş şüşə cızılmır və 15 il xidmət edir. İşığın buraxılmasının elektrostatik qüvvələr tərəfindən hərəkətə gətirilən fırlanan elektrodlar tərəfindən idarə edildiyi “mikrojalüzi”(micro-blinds technology) texnologiyası istənilən parıltını aradan qaldırır.
Əlbəttə ki, parlaqlığın adaptiv tənzimlənməsi, eləcə də bir sıra digər maraqlı xüsusiyyətlər də var. Məsələn, displeylərin arasında ventilyasiya sisteminin deflektoru yerləşdirlib, çünki əks halda ön panelin arxitekturasına yenidən nəzərdən keçirmək gərək olacaqdır. Bundan əlavə, Renault fiziki düymələrdən tamamilə imtina etməyib və klimat-kontrolun düyməli idarəetmə panelini konsolun aşağı hissəsinə keçirib.
Kokpitin belə versiyası Renault Megane E-Tech Electric modelinin ən bahalı versiyalarında quraşdırılacaqdır. Fransız krossoveri Nissan Ariya modelinin platformasından istifadə edir və cari ilin yazında satışa çıxacaqdır. Elektrik krossovero ön oxda yerləşən və iki güc variantında -130 və 218 at qüvvəsi, - təklif edilən bir elektrik mühərrikinə malikdir. NMC LG akkumulyatoru bazardakı ən nazik (110 millimetr) batareyadır. Onun tutumu mühərrikin gücündən asılıdır və 40 və ya 60 kilovat-saat ola bilər. Megane E-Tech Electric elektrokarının yürüş diapazonu WLTP dövrünə əsasən 300 və ya 470 kilometrdir.