"Rolls-Royce" donmuş göllərə həsr olunmuş Cullinan krossoverini nümayiş etdirib
Qışın oğlan çağında Rolls-Royce şirkəti Sibir, Kareliya, Karpatlar və İsveçrə Alplarının donmuş göllərindən ilham alınaraq yaradılmış Cullinan krossoverinin Frozen Lakes adlı xüsusi versiyasını təqdim edib. “Qış” krossoverlərini Bespoke bölməsi inşa edəcək və onların ümumi tirajı 14 nüsxədən çox olmayacaqdır. Bütün avtomobillər “qış” rəngləridə boyanacaq və buzdakı çatları təqlid edən dekorativ əlavələrlə bəzədiləcəkdirlər.
Bespoke dizaynerləri, xüsusi olaraq, Rolls-Royce Cullinan Frozen Lakes üçün iki yeni kuzov boyasını yaradıblar: bunlar mavi rəngə çalan ağ Blue Crystal over Arctic White və parıldayan tünd-göy Crystal over Midnight Sapphire rəngləridir.
Hər iki boyanın üst qatında kiçik kristallar var və buna görə də, istehsalçının fikrincə, bu rənglərdə “təzadlı keçidləri və əksetdirmələri olan donmuş göllərin palitrasını” təcəssüm etdirilib. İnteryer iki rəngdə əlçatandır - ağ Arctic White və ya parlaq firuzəyi Turchese vurğuları olan Navy Blue.
Cullinan Frozen Lakes ön panelindəki əlavələr və açılan masalar əl ilə boyanıblar. Buzdakı çatları təqlid edən zolaqlar, naxışa üçölçülülük vermək üçün müxtəlif çalarlı boyalardan istifadə edilməklə çəkiliblər. Beş variantdan ibarət olan kompozisiya seriyasına bir rəssam cavabdehdir. Bu yolla təsvirlərin bütövlüyü və ardıcıllığı əldə edilir.
“Dondurulmuş” Cullinan modellərindəki Starlight Headliner tavanı Craked Ice (“çatlamış buz”) üslubunda hazırlanıb. Onun istehsalına 18 saat sərf olunsa da, bir dekorativ panelin rənglənməsinə isə, iki həftəyə yaxın vaxt gərəkdir.
Texniki hissə haqqında məlumat verilmədiyinə görə, Frozen Lakes seriyasına həm 600 at qüvvəli 6.75-litrlik V12 mühərriki ilə təchiz edilmiş Cullinan Black Badge ofrouderi, həm də 571 at qüvvəli adi Cullinan krossoveri daxil ola bilər. Xüsusi nəşrin tirajı 14 nüsxədən ibarət olacaq və onların hamısı avropalı müştərilər üçün nəzərdə tutulub.
autograph
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu










