Rusiyada “Opel” və “Peugeot” istehsalı dayandırılıb

Rusiyanın Kaluqa şəhərindəki avtomobil zavodu “Opel”, “Citroen” və “Peugeot” avtomobillərinin istehsalını dayandırıb.
Avtosfer.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Konsernin nümayəndələrinin sözlərinə görə, ehtiyat hissələrinin çatışmazlığı və maddi-texniki problemlər səbəbindən şirkət məcburi tədbirlər görməli olub.
“Stellantis çarpaz sanksiyalara tam əməl olunmasını təmin etmək və işçilərini qorumaq üçün Kaluqadakı fəaliyyətini dayandırıb. Şirkət zorakılığı pisləyir və sülhü bərpa etməyə qadir olan bütün hərəkətləri dəstəkləyir”, – deyə mesajda bildirilib.
Mart ayında zavod Rusiyada yığılan avtomobillərin digər ölkələrə çatdırılmasını dayandırıb. Fevralın 24-ü isə şirkət istehsalı bağlamağı və ya köçürməyi planlaşdırmadığını açıqlayıb.
“Stellantis” konserni “Opel”, “Citroen”, “Peugeot”, “Jeep”, “Eurorepar” və “Mopar” kimi avtomobillər istehsal edir. Avropa Biznesi Assosiasiyasının məlumatına əsasən, 2021-ci ildə Rusiyada 18 500 “Stellantis” avtomobili istehsal olunub.
Banker.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












