Son 10 ildə elektromobillər üçün batareyaların qiyməti 90 faiz ucuzlaşıb
Yaşıl Avtomobil Konqresinin ekspertlərinin apardığı araşdırmalara əsasən avtomobil sənayesində koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar son on ildə elektrikli avtomobil akkumulyatorlarının qiymətinin təxminən 90 faiz ucuzlaşdığı müəyyən olunub.
Marja.az araşdırmaya itinadən xəbər verir ki, əgər 2010-cu ildə litium-ion batareyalarda kilovat-saatın qiyməti 1200 dollar idisə, hazırda orta qiymət göstəricisi 132 dollardır. Mütəxəssislər qeyd edirlər ki, bu tendensiya yaxın gələcəkdə "yaşıl" modellərin və daxili yanma mühərriklərindən istifadə edən avtomobillərin qiymətini bərabərləşdirə bilər.
Mikroelektronik komponentlərin çatışmazlığına, istehsalın dayandırılmasına və COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, təkcə son bir ildə elektrik avtomobillərinin akkumulyatorları 6 faiz ucuzlaşıb. Batareyaların ən aşağı qiymətləri hazırda Çindədir, orada kilovat-saatın qiyməti 111 dollardır. Bu, təəccüblü deyil, çünki ən çox elektrik avtomobil istehsalı burada cəmləşib. Batareyaların qiymətləri ABŞ-da 40 faiz, Avropada isə 60 faiz bahadır.
Bu tendensiya isə istehsalın həcminin artması ilə bağlıdır. Çünki məhsul kütləviləşdiyi zaman onun dəyəri xeyli aşağı düşür. Bununla belə, elektrik avtomobilləri üçün akkumulyatorlarla əlaqədar bəzi nüansları qeyd etmək lazımdır.
Batareyalar təkrar emal üçün minerallar, eləcə də texnologiyalar tələb edir. Bu baxımdan, batareyaların qiymətləri vaxtaşırı qalxa bilər. Mütəxəssislərin fikrincə, akkumulyatorların qiymətinin aşağı düşməsi son nəticədə ona gətirib çıxaracaq ki, “yaşıl” nəqliyyat da daxili yanma mühərrikli avtomobillər qədər sərfəli olacaq.
Noyabrın ortalarında İsveçdə tamamilə təkrar emal edilə bilən litium-ion akkumulyatorı hazırlanıb. Batareyaların istehsalı üçün mütəxəssislər təkrar emal edilmiş nikel, manqan və kobaltdan istifadə ediblər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












