Stellantis yeni sıralı altısilindrli mühərriklərin istehsalına başlayıb
Stellantis konserni də, dünyanın digər məşhur istehsalçılarının ardınca sıralı altısilindrli mühərriklərin istehsalına başlayıb. Meksikadakı Saltillo zavodunda yeni Tornado seriyasından olan mühərriklərin istehsalına start verilib. Əslində mühərriklərin buraxılmasına hələ 22 noyabr tarixində başlanılıb, lakin Stellantis konserni nədənsə bu hadisəni ictimayyətə açıqlamayıb. Görünən odur ki, söhbət test istehsalından gedir, çünki mühərrikin özü barədə də məlumat çox azdır.
Yeni mühərrik zavoddaxili GME T6 indeksinə malikdir. Sıralı altısilindrli mühərrik keçmiş FCA konserni tərəfindən hazırlanıb və 2,0-litrlik dördsilindrli GME (Global Medium Engine) turbomühərrikləri ilə geniş şəkildə unifikasiya edilib. 2,0-litrlik mühərrik hazırda Alfa Romeo, Maserati və Jeep avtomobillərində quraşdırılır. Altısilindrli Torando mühərriki 3,0-litrlik həcmə malikdir və bir neçə güc variantında təklif ediləcəkdir. Üstəlik, konveyerə gedən ilk mühərrik ən güclü variant olacaqdır.
Tornado mühərrikləri tədricən Stellantis konserninin mühərrik çeşidindən 3,6-litrlik V6 və 5,7-litrlik V8 mühərriklərini sıxışdırıb çıxaracaqdır. İlkin məlumata görə, 2022-ci ildə sıralı altısilindrli mühərrikləri Jeep Wrangler, Grand Cherokee və Wagoneer ofrouderlərində, habelə Ram 1500 və Jeep Gladiator pikaplarında quraşdıracaqlar. Yeri gəlmişkən, amerikan markasının tarixində artıq Tornado adlı altısilindrli mühərrik olub: Jeep şirkəti 3,8-litrlik mühərriki 1962-1973-cü illər arasında istehsal edib.
Ərəblər hibrid mühərrik istehsalına başladılar - FOTO
Rusların ilk elektromobilinin qiyməti narazılıq doğurdu
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI








